Unibank biznes üçün onlayn məhsulları komissiyasız etdi
Unibank ölkədə onlayn məhsulların inkişafına dəstək məqsədi ilə daha bir kampaniya keçirir.
Azxeber.com xəbər verir ki, bankın biznes müştəriləri üçün nəzərdə tutulan kampaniya, sahibkarların bank filialına gəlmədən maliyyə vəsaitləri və xidmətlərindən daha sərfəli şərtlərlə istifadəsinə imkan yaradır. Biznes sahiblərinin həm vaxtına, həm də büdcəsinə qənaət etdirən əksər onlayn xidmətlər ilin sonunadək sahibkarlar üçün komissiyasız olacaq.
Kampaniyada iştirak edən biznes sahibləri bu üstünlüklərdən faydalana biləcəklər:
- Əmək haqqı layihəsinə qoşulan müştərilər əməkdaşları üçün limitsiz sayda kartı komissiyasız sifariş edə biləcəklər;
- İlk dəfə biznes kart sifariş edən yeni müştərilər kartları komissiyasız əldə edəcəklər;
- Qısamüddətli kreditləri onlayn rəsmiləşdirən bütün müştərilər üçün kredit komissiyasız olacaq.
Qeyd edək ki, Unibank son illərdə biznes sahiblərinə təqdim etdiyi onlayn məhsul və xidmətlərin siyahısını xeyli genişləndirib. Hazırda biznes sahibləri bir çox bank xidmətlərindən onlayn formada istifadə edə bilirlər. Son bir ilin müqayisəsi göstərir ki, Unibank tərəfindən biznes sahiblərinə göstərilən bir sıra xidmətlərdə onlayn xidmətin payı 90%-dək artıb. Yaxın aylarda daha bir neçə məhsul və xidmətin onlayn formada sahibkarların istifadəsinə verilməsi planlaşdırılır.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftəiçi saat 09.00-dan 17.00-dək "Qara Qarayev", 16 saylı, "Dərnəgül", "Yasamal", 15 saylı, "Neftçilər", "Əhmədli", "Əcəmi" filiallar və "Unibank- biznes mərkəzi"nə, eləcə də "Unibank"ın bölgə filiallarına müraciət edə bilərlər. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından () əldə etmək olar.
Unibank- Sənin Bankın!

Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
Rejim dəyişikliyi yoxsa hakimiyyətin xilası? – İranda nələr baş verir?
Fərhad Mehdiyevin qızı faciəvi şəkildə həyatını itirdi
Ağ Ev yaxınlığında HƏYƏCAN - Hücum edildi
Əməkdar mədəniyyət işçisi ağır qəzaya düşdü - Fotolar
DÇ-2026: Argentina və Fransa mübarizəyə qoşulur
Fransa və Argentina mübarizəyə qoşulur - DÇ-nin təqvimi
Türkiyədə avtomobilin dərəyə aşması nəticəsində 3 uşaq ölüb
Avropa Liqası: "Qarabağ"ın rəqibi bəlli olacaq
Mən olmasaydım, İsrail mövcud olmazdı - Tramp
ABŞ bu ölkədə silah anbarı tikir
SON DƏQİQƏ! ABŞ–İran anlaşmasının TAM MƏTNİ
SON DƏQİQƏ! İranda şok: İnsanların evinə basqın edildi
Yeni Dövlət Proqramı aqrar sahədə intensiv inkişaf modelinə keçidi sürətləndirəcək
Məşhur rəqqasə qardaş dediyi iş adamı ilə sevgili oldu