Unibank Qarabağ Dirçəliş Fonduna dəstəyinə görə sertifikat aldı

Unibank Qarabağ Dirçəliş Fonduna dəstəyinə görə sertifikat aldıUnibank işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərinə dəstək verdiyi üçün Qarabağ Dirçəliş Fondu tərəfindən xüsusi sertifikata layiq görülüb.
Azxeber.com xəbər verir ki, Fond rəhbərliyi tərəfindən Unibank KB ASC-nin Müşahidə Şürasının sədri Eldar Qəribova Qarabağ Dirçəliş Fondunun "İanə Sertifikatı" təqdim edilib. Təqdimat ötən gün Fondun Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvləri ilə görüşündə həyata keçirilib. Qeyd edək ki, Unibank tərəfindən "Qarabağ Dirçəliş Fondu"na 100.000 manat vəsait köçürülüb.
Unibank öz dəstəyi ilə yanaşı, Fonda ianə etmək istəyən hər kəs üçün platforma da təqdim edib. İsər fiziki şəxslər, istərsə də sahibkarlar UBank mobil tətbiqinin "hökumət ödənişləri" bölümünə daxil olaraq, Qarabağ Dirçəliş Fonduna vəsait köçürə bilərlər.
Unibank 29 ildən artıq fəaliyyəti dövründə həyata keçirdiyi çoxsaylı KSM layihələri ilə ölkə bank sektorunda hər zaman fərqlənib. Qarabağın yenidən qurulmasında iştirakla yanaşı, şəhid və qazi ailələri ilə bağlı sosial layihələrin həyata keçirilməsi də Bankın KSM fəaliyyəti istiqamətində prioritetləri siyahısındadır. Ötən ilin noyabrından Unibank şəhid Şahin Allahyarovun övladını 18 ildən artıq müddətə himayəyə götürüb. Bu ilin martında şəhid Tural Məmmədovun ailə üzvləri Bank tərəfindən yeni evlə təmin olunub.
Unibank hazırda şəhid və qazi ailələri ilə bağlı dəstək layihələrini davam etdirir. Bank özünüməşğulluq layihəsi çərçivəsində şəhid və qazi ailələrinin şəxsi biznesinin yaradılmasına dəstək olur. Təkcə iyul-avqust aylarında 4 şəhid ailəsi və bir nəfər qazi Unibank tərəfindən heyvandarlıq paketi ilə təmin olunub. Bundan başqa bankın müxtəlif layihələri, eləcə də "U CAN" layihəsi çərçivəsində davamlı olaraq şəhid və qazi ailələrinə baş çəkilir, onlara dəstək olunur.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 29 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Unibank- Sənin Bankın!

İqtisadiyyat       Tarix: 09 sentyabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler bu gun cəbhədən son görüntülər xəbər.az cəbhədən xəbər