Unibank sahibkarlara verilən güzəştli biznes kreditlərinə görə liderdir
Unibank Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına ən çox güzəştli kredit verən bank olub.
Azxeber.com xəbər verir ki, 2021-ci ildə müvəkkil banklar tərəfindən verilən kreditlərin sayının təhlilinə görə, Unibank sahibkarlara 451 güzəştli kredit verib. Bu göstərici Fondun il ərzində verdiyi kreditin 25%-ni təşkil edir. Bununla da Unibank ötən il ən çox güzəştli kredit verən bank kimi birinci yerə çıxıb. SİF-in açıqladığı siyahıda birinci yeri tutan Bank, güzəştli kreditlərin böyük əksəriyyətini regionlara, xüsusilə də kənd təsərrüfatının inkişafına yönləndirib.
Unibank Sahibkarlığın İnkişafı Fondunun ilk müvəkkil bankları sırasındadır və hazırda Fondun digər layihələrində də aktiv iştirak edir. Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində bank pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət zəmanətli, güzəştli kreditlərin ayrılmasını davam etdirir.
Hər zaman olduğu kimi ötən il də biznesin kreditləşməsi Unibank üçün prioritetlər sırasında olub. Kredit portfelinin təhlili göstərir ki, 2021-ci ildə də bank tərəfindən biznesin kreditləşməsi nəzərəçarpacaq dərəcədə artıb.
Sahibkarlar həftəiçi saat 09.00-dan 17.00-dək "Qara Qarayev", 16 saylı, "Dərnəgül", "Yasamal", 15 saylı, "Neftçilər", "Əhmədli", "Əcəmi" filiallar və "Unibank- biznes mərkəzi"nə, eləcə də "Unibank"ın bölgə filiallarına müraciət edə bilərlər. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından () əldə etmək olar.
Unibank- Sənin Bankın!
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR