Unibankdan restrukturizasiyaya düşən müştərilərə çağırış - Müsahibə

Unibankdan restrukturizasiyaya düşən müştərilərə çağırış - MüsahibəRestrukturizasiya prosesinin bitməsinə bir neçə gün qalıb. "Unibank"da prosesin gedişi ilə bağlı son vəziyyət haqda suallarımızı Bankın  Satış və xidmətə dəstək departamentinin müdiri Mikayıl Məmmədov cavablandırıb. 
- Restrukturizasiya prosesinin başa çatmasına bir neçə gün qalıb.  "Unibank"da bu istiqamətdə işlər necə gedir?
- "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında"  Prezident fərmanının ikinci mərhələsinin icrası Unibank tərəfindən davam etdirilir. İndiyədək bankda restrukturizasiya olunan kreditlərin həcmi 35 milyon manatı ötüb. Prosesi vaxtında və keyfiyyətlə icra etmək üçün bankımızın bir sıra filialları hətta şənbə-bazar günləri də müştərilərə xidmət edir. Fərmanda da qeyd olunduğu kimi borcun xarici valyuta və ya manatla olmasından asılı olmayaraq, 1 yanvar 2012-ci il tarixindən fərman qüvvəyə minən tarixədək bağlanmış kredit müqavilələri üzrə 360 gündən çox gecikdirilmiş və borcu 17 000 AZN-dən az olan kreditlərin restrukturizasiyası nəzərdə tutulur. Müştərilərin restrukturizasiya ediləcək kreditləri üzrə cari günə hesablanmış cərimə, faiz borcları avtomatik olaraq bağışlanır, müştəriyə cari günə olan kreditlərin yalnız əsas məbləğ üzrə borcu qədər yeni kredit açılaraq, digər kreditləri bağlanılır. Fərmanda nəzərdə tutulduğu kimi kredit illik faiz dərəcəsi 1% olmaqla, 60 ay müddətinə rəsmiləşdirilir.Yeni kredit müqaviləsinə görə, birinci il ərzində müştəri yalnız faiz borcunu ödəyir ki, bu da ay ərzində çox kiçik məbləğ edir. 13-cü aydan başlayaraq isə həm əsas borc və həm də faiz borcu üzrə aylıq ödənişlər edilir. Prosesin müştəriyə verdiyi əsas üstünlük, onun aylıq ödənişlərinin minimuma salınmasıdır. Proses başlayan kimi müştərinin krediti üzrə məhkəmə işi və kredit üzrə müştərinin əmək haqqı və ya pensiyasından tutulmalar dayandırılır. İlk 1 il müştəri qalıq kredit borcundan asılı olaraq cüzi məbləğ ödəyir. Hətta restrukturizasiya müqaviləsi imzalamış bir sıra Unibank müştərilərinin nümunəsində deyə bilərəm ki, ilk bir ilin ödənişi 40-50 qəpik belə təşkil edir. 
- Restrukturizasiya prosesi müştəriyə daha hansı üstünlükləri verir?
- Restrukturizasiya prosesinin müştəriyə verdiyi üstünlük təbii ki, təkcə aylıq ödənişin 3-4 dəfə azalması ilə bitmir. Restrukturizasiyaya qədər müştəriyə hesablanmış bütün cərimə məbləği silinir ki, bu də müştərinin ümumi borcunun ciddi şəkildə azalmasına səbəb olur. Ən əsas üstünlük isə müqavilədən sonra müştərininin yenidən müsbət kredit tarixçəsinin formalaşmasıdır. Fərmanın ikinci mərhələsinin əhatə etdiyi şəxslər bir ildən artıq gecikməsi olan müştərilər olduğundan, onlar yenidən kredit götürə bilmirdilər. Restrukturizasiya müqaviləsindən sonra isə müştərilərin kredit tarixçəsi tamamilə təmizləndiyi üçün yenidən kredit götürmək imkanı yaranır.
- 30 dekabr 2019-cu il vətəndaşların restrukturizasiya müraciətlərinin qəbulunun son günüdür. Amma hələ də bu fürsətdən istifadə etməyən müştərilər var.
- Bəli, prosesin yekunlaşmasına 1 həftədən də az müddət qalıb. Biz çalışdıq ki bütün vasitələrlə müştəriləri məlumatlandıraq. Amma bu kreditlər 4-5 il əvvəl rəsmiləşdirildiyindən, ötən müddətdə müştərilərdən öz mobil nömrələrini dəyişənlər də var ki, onlarla əlaqə yaratmaq bir qədər çətin olur. Ona görə SMS, zəng çatmayan, Fərmana əsasən restrukturizasiyaya aid olan və borcunu hələ də restrukturizasiya etməyən müştərilərimizdən xahiş edirik ki filiallarımıza müraciət edərək, restrukturizasiya müqaviləsini imzalasınlar. Bəzən isə Bank əməkdaşının restrukturizasiya  müqaviləsini imzalamaq üçün zənginə müsbət cavab verməyən müştərilər də olur. Onlara da demək istəyirəm ki, Cənab Prezidentin onlar üçün yaratdığı bu xüsusi imkandan istifadə etmək üçün tələssinlər. Restrukturizasiya müqaviləsi imzalamayan müştərilər gələn il öz kreditlərini əvvəlki şərtlərlə ödəmək məcburiyyətində qalacaqlar. Adının restrukturizasiya siyahısında olub-olmamasını yoxlamaq istəyən müştərilər şəxsiyyət vəsiqələri ilə onlara yaxın Unibank filialına yaxınlaşaraq, bunu dəqiqləşdirə bilərlər. Hazırda Abşeron ərazisi üzrə Bankın baş idarəsində, "Dərnəgül" və "Sumqayıt" filiallarında, regionlarda isə bütün filiallarımızda restrukturizasiya prosesi həyata keçirilir. Bu proses üçün ayrıca əməkdaşlar ayrılıb. Odur ki, fərmanın əhatə etdiyi qalan bütün müştərilərimizi dekabrın 30-dək Unibank filiallarında gözləyirik. /news.milli.az

İqtisadiyyat       Tarix: 26 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. Unibank – Sənin Bankın!. /

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xeber son.xeberler ən son xəbərlər en son xeberler bu gun