Unicapital ən innovativ investisiya şirkəti seçildi

Unicapital ən innovativ investisiya şirkəti seçildi"Unicapital" İnvestisiya Şirkəti uğurlu fəaliyyətinə görə nüfuzlu mükafatlar alıb. Böyük Britaniyanın premium biznes və maliyyə dərgisi olan "International Finance"ın araşdırmasına əsasən, İnvestisiya Şirkəti 2021-ci ildəki nailiyyətlərinə görə, iki nominasiya üzrə qalib seçilib.
azxeber.com xəbər verir ki, maliyyə, kapital bazarları sahəsində rəqəmsal həllərin və onlayn xidmətlərin inkişafına töhfə verən təşkilatları mükafatlandıran "International Finance Awards" "Unicapital"ı "Azərbaycanda Ən İnnovativ İnvestisiya Şirkəti – 2021" və "Azərbaycanın Ən Yaxşı Foreks Provayderi – 2021" mükafatlarına layiq görüb.
 Mükafat aşağıdakı göstəricilər əsasında təqdim edilib:
- Şirkətin bazardakı payı;
- Müştərilərinə yeni maliyyə bazarlarına çıxışın təmin edilməsi;
- İnvestisiya bazarında təqdim olunan innovativ məhsul və həllər;
- Şirkətin maliyyə göstəriciləri və inkişaf perspektivi; - Foreks xidmətinin təşkil edilməsi və xidmət üzrə müştəri məmnuniyyəti.
"Azərbaycanın Ən Yaxşı Foreks Provayderi – 2021" mükafatı "Unicapital"ın "UForex" xidmətinin üstünlüklərinə görə verilib. "UForex" ötən il ərzində 24/5 (qeyri-iş saatlarında) sürətli və komissiyasız mədaxil, 1:100 nisbətinədək kredit çiyni imkanı və "Smart Stop out" funksiyasını tətbiq edib.
Xidmət rebrendinq prosesini tamamlayaraq, bütün yeniliklərin əks olunduğu"www.uforex.az"saytını təqdim edib. Unicapital 2007-ci ildən etibarən yerli və beynəlxalq bazarlarda qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin, törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Şirkətin geniş müştəri bazasına həm fiziki, həm hüquqi şəxslər daxildir. Bazardakı uğurlu təcrübəsinə əsasən, Unicapital Azərbaycan bazarında iştirak etmək istəyən xarici investorlar, həmçinin, beynəlxalq bazarlarda investisiya etmək istəyən fiziki və hüquqi şəxslər üçün etibarlı tərəfdaşdır. İnvestisiya şirkəti yaxın vaxtlarda dünyanın bir çox maliyyə bazarlarına çıxışı təmin edən multialət platformasını təqdim edəcək. Bununla da "Unicapital"ın davam etdirdiyi strategiya müştərilərinə daha geniş investisiya xidmətləri təqdim etmək, innovativ yanaşma ilə investisiya sahəsini hər kəs üçün daha da əlçatan etmək imkanlarını artıracaq.

İqtisadiyyat       Tarix: 03 fevral 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə


son xeberler yeni xeberler azerbaycan xeberleri gunun xeberleri krimnal bugun sonxəbər metbuat xeberleri