Universitetlərdə auditoriyalardan istifadəyə məhdudiyyət qoyulacaq
Ali və orta ixtisas təhsil müəssiələrində müəyyən məhdudiyyətlər nəzərdə tutulur və bu məhdudiyyətlərdən biri də ondan ibarətdir ki, auditoriyanın 70 faizindən istifadəyə icazə verilir.
Azxeber.com Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.
O bildirib ki, əgər tələbə sayı 70 faiz limiti aşırsa, yəni tələbə sayı auditoriyadakı yerlərin 70 faizindən çoxdursa, o halda tədrisin alternativ qaydada təşkili ali təhsil müəssisələrinin öz səlahiyyətlərinə buraxılır: "Bu alternativ tədris müxtəlif qaydalarda təşkil edilə bilər. Yəni qruplar növbəli şəkildə tədrisə cəlb oluna bilər və ya zərurət yarandıqda distant formada tədris təşkil oluna bilər".
Alterativ dərslərin təşkil olunacağı halda, müəllimlərin dərs yükünün artacağı məsələsinə gəlincə isə N.Məmmədli bildirib ki, bu məsələ təhsil müəssisələrinin özləri tərəfindən tənzimlənəcək: "Əgər distant təhsildən söhbət gedirsə, burada müəllimlərin dərs saatında ciddi dəyişiklik olmayacaq, çünki həmin qrupun eyni vaxtda cəmlənməsi nəzərdə tutulur. Əgər növbəli şəkildə tədrisin təşkilindən söhbət gedirsə, bu halda, müəllimlərin dərs yükü arta bilər və bu da təhsil müəssisələrinin özləri tərəfindən tənzimlənəcək".

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR