Unutqanlığın əsas simptomları: Beynimiz qocalırmı? - ARAŞDIRMA + FOTO

Unutqanlığın əsas simptomları: Beynimiz qocalırmı? - ARAŞDIRMA + FOTOUnutqanlığın əsas simptomları: Beynimiz qocalırmı? - ARAŞDIRMA + FOTO
Yəqin ki, çoxumuz "görəsən, nə edəcəkdim?", "mətbəxə nə üçün gəlmişdim?", "açarlarımı haraya qoymuşam?" kimi sualları tez-tez eşidir, hətta çox zaman özümüz də veririk. Bəzən hətta hansısa bir əşya əlimizdə ola-ola onu başqa yerlərdə axtarırıq. Maraqlıdır ki, unutqanlıqdan son vaxtlar gənclər, yeniyetmələr də şikayətlənirlər.
Bəs görəsən, nə baş verir? Beynimiz qocalır? İnformasiya yükünə tab gətirmir? Yoxsa Altsheymer xəstəliyi günü-gündən cavanlaşır? Huşsuzluqdan qurtulmaq mümkündürmü? 
Bu barədə Oxu.Az-a açıqlamasında həkim-nevroloq Qalib Əsədov bildirib ki, çox zaman yaddaş pozuntusu ilə diqqət dağınıqlığı qarışdırılır: 
Unutqanlığın əsas simptomları: Beynimiz qocalırmı? - ARAŞDIRMA + FOTO"Ümumiyyətlə, unutqanlıq xəstəliyi amneziya adlandırılır. Əslində bu, yaş artdıqca yaddaşın zəifləməsidir. Ancaq təəssüf ki, dövrümüzdə gənclərimizin amneziyadan daha çox əziyyət çəkdiklərinin şahidi oluruq.
Amneziya ən çox kəllə-beyin travmaları, psixoemosional şok, həddindən çox gərginlik və epileptik tutmalar zamanı yaranır.
Eləcə də, insanlarda müəyyən yaş dövründən sonra beynin qidalanması pozulur.
Beyin qabığında atrofiyanın artması nəticəsində isə altsheymer xəstəliyi yarana bilər. Əgər pasiyent ətrafındakı adamların adlarını qarışdırırsa, uzaq keçmişdə baş verən hadisələri xırdalığına qədər xatırladığı halda, dünən baş verənləri unudursa, bu, altsheymer xəstəliyinin əsas əlamətləridir".
Həkim-nevroloq qeyd edib ki, yaddaş zəifliyini yoxlamaq üçün xüsusi testlər mövcuddur:
"Bu testlərdə, əsasən, pasiyentə bir neçə spesifik sual verilir, cavablar xüsusi sistemlə hesablanır və nevroloq əldə olunan nəticələrə əsasən pasiyentin yaddaş zəifliyinin dərəcəsini təyin edir".
Nevroloqun sözlərinə görə, yaddaş pozulmalarının qarşısını alacaq xüsusi dərman, yaxud qida vasitələri mövcud deyil. O, yaddaşını gücləndirmək istəyənlərə məntiq testləri, riyazi məsələləri həll etməyi, kitab oxumağı tövsiyə edib.
Maraqlıdır ki, bəzi insanlar sırf uşaqlıq illərini xatırlamadıqlarından şikayətlənirlər. Psixoloq Gülnar Orucovanın sözlərinə görə, bununla bağlı müxtəlif fərziyyə və nəzəriyyələr mövcuddur:
Unutqanlığın əsas simptomları: Beynimiz qocalırmı? - ARAŞDIRMA + FOTO"Şəxs xarakterinə, yaşadığı mühitə, məruz qaldığı travmalara və psixoloji vəziyyətə bağlı olaraq uşaqlıq illərini unuda bilər. Bəzən bu, ixtiyari də ola bilir. Yəni şəxs uşaqlıq illərinə dəyər vermir və kiçik olarkən yaşadığı hadisələri, xatirələrini unudur.
Uşaq vaxtı yaxınlarını itirənlər, zorakılığa, şiddətə məruz qalanlar da bu halla qarşılaşırlar. Bu o demək deyil ki, onlar uşaqlıq illərini tamamilə unudurlar: hər hansı bir fotoşəkil, video vasitəsilə müəyyən epizodları yaddaşlarında canlandıra bilərlər".
Psixoloqun sözlərinə görə, ümumiyyətlə, valideynlər bir-biri və uşaqları (xüsusən 0-6 yaş dövrlərində) ilə xoş rəftar etməlidirlər:
"Hətta hələ danışıq qabiliyyəti olmayan körpələr də valideynlərinin bir-birinə dediklərini dərk etməsələr belə, rəftarı görürlər və böyüdükcə bu proseslər onların hafizəsində canlanır. Buna görə də bəzi hallarda kimsə iki, yaxud üç yaşı olanda baş vermiş hadisəni xatırladığını deyirsə, bu, yalan, şişirtmə olmaya bilər".
Mütəxəssis qeyd edib ki, əgər şəxs uşaqlıq dövründə yaşadığı ağır travmanı xatırlamırsa, onu hipnoz vasitəsilə ortaya çıxarmaq olar, ancaq bunun xüsusi müalicəsi mümkün deyil.                     
Sevinc Əliyeva

Maraqlı       Tarix: 11 aprel 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son durum valyuta mezennesi 2026 sou xeberler bugun son xeberler bugun 2026 muharibe