Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR

Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLARRabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətini davam etdirir.
azxeber.com xəbər verir ki, bu çərçivədə 30 oktyabr 2026-cı il tarixində Xankəndi Konqres Mərkəzində Rabitəbankın Xankəndi filialının fəaliyyətə başlamasının birinci ildönümü münasibətilə "Aktiv maliyyələşdirmə və güzəştli maliyyə resurslarına çıxış" mövzusunda tədbir keçirilib.
Dövlət qurumlarının nümayəndələrinin, biznes ictimaiyyətinin təmsilçilərinin, sahibkarların, media nümayəndələrinin iştirakı ilə baş tutan tədbirin əsas məqsədi regionda fəaliyyət göstərən sahibkarların maliyyə savadlılığının artırılması, mövcud maliyyələşdirmə mexanizmləri və güzəştli maliyyə resurslarından yararlanma imkanları barədə məlumatlandırılması, eləcə də yeni əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
Tədbirdə çıxış edən Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov "Təchizat zəncirində maliyyə dayanıqlılığı" mövzusunda təqdimatla çıxış edib. Çıxış zamanı təchizat zəncirinin iştirakçıları arasında dayanıqlı maliyyə əlaqələrinin qurulmasının əhəmiyyəti, biznesin fasiləsiz fəaliyyətinin təmin edilməsində maliyyə institutlarının rolu və sahibkarlıq subyektlərinin maliyyə dayanıqlılığının gücləndirilməsi məsələlərinə toxunulub. Həmçinin Qarabağda formalaşan yeni iqtisadi imkanlar fonunda biznes subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsinin regionun iqtisadi inkişafı baxımından əhəmiyyəti vurğulanıb.
Daha sonra Rabitəbankın Mikrokreditlər üzrə Baş direktoru Zamiq Mədətov "Sahibkarların maliyyə resurslarına çıxışı və güzəştli maliyyələşmə" mövzusunda çıxış edib. Təqdimat çərçivəsində mikro və kiçik sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi imkanları, güzəştli maliyyə mexanizmlərindən istifadə yolları, biznesin inkişafına yönəlmiş kredit məhsulları və sahibkarların maliyyə resurslarına çıxışının asanlaşdırılması istiqamətində mövcud imkanlar barədə məlumat verilib.
İnteraktiv müzakirələrlə davam edən tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb, maliyyələşmə ehtiyacları və yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdən sonra Rabitəbank heyəti 8 Noyabr Zəfər Günü münasibətilə Azərbaycanın tarixi qələbəsinin rəmzlərindən biri olan Zəfər Tağını ziyarət edib.
Səfər çərçivəsində həmçinin Rabitəbankın Xankəndi filialının fəaliyyətə başlamasının birinci ildönümü qeyd olunub. Bu münasibətlə filialda Bankın rəhbər heyətinin və əməkdaşlarının iştirakı ilə yubiley tortu kəsilib.
Qeyd edək ki, Rabitəbankın Xankəndi filialı regionda müasir bank xidmətlərinin əlçatanlığının artırılması, əhalinin və sahibkarların maliyyə xidmətlərinə çıxışının genişləndirilməsi məqsədilə fəaliyyət göstərir. Filialın fəaliyyətə başlaması Bankın Qarabağın iqtisadi dirçəlişinə, sahibkarlığın inkişafına və regionun maliyyə infrastrukturunun gücləndirilməsinə dəstək istiqamətində həyata keçirdiyi mühüm təşəbbüslərdən biridir.
Məlumat üçün bildirək ki, "Rabitəbank" ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat bankçılıq" konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası"nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, "Rabita Mobile", "Rabita Junior" və "Rabita Business" tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLARRabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLARRabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLARRabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLARRabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLARRabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLARRabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLARRabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLARRabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLARRabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLARRabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLARRabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLARRabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLARRabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLARRabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR

İqtisadiyyat       Tarix: 09 noyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ

Hüquq-mühafizə orqanlarının əməkdaşları adından Azərbaycan vətəndaşlarını aldadaraq pul vəsaitlərini ələ keçirən kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışda olan təşkilatçıları saxlanılaraq ölkəyə gətirilib. Daxili Işlə

Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev

Elm və təhsil sahələrinə ümumilikdə 5,4 milyard manat vəsait yönəldilir. Bu, ümumi daxili məhsulun 3,8 faizinə bərabərdir. xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlı

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəs

İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?

Bakının Yasamal rayonunda yerləşən Park Yasamal yaşayışkompleksində hazır, tam təmirli mənzillərin satışı davam edir. Kompleksdə 2otaqlıdan 4 otaqlıya qədər müxtəlif planlaşdırmaya malik mənzil seçimləri,eləcə də şəxsi bağçal

"İrşad"da Zəfər Gününə özəl "Şad Günlər" kampaniyası başlayır

"İrşad" 8 Noyabr – Zəfər Günü münasibətilə "Şad Günlər" kampaniyasına start verir. Yalnız 4 gün, 7–10 noyabr tarixlərində "İrşad" mağazalarında və onlayn platformalarda bütün məhsulların endiriml

Çipsiyə 1 manat aksiz vergisi tətbiq ediləcək

Çipsi aksizli mal olacaq, hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək. xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsinin aksizli malların dairəsinə daxi

Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. . xəbər verir ki, yen

Qızıl bu tarixdən bahalaşacaq

Dünya bazarında qızılın qiymətində baş verən geriləmənin ilin sonuna qədər davam edə biləcəyi ehtimal olunur. Bəzi beynəlxalq maliyyə qurumları qiymətli metalın bir troya unsiyasının 3 900 dollara, daha mənfi ssenaridə is

Qırmızı Ürəklər Fondundan "Zəfər Payı" xeyriyyə aksiyası

8 Noyabr – Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə "Zəfər Payı" xeyriyyə aksiyasını həyata keçirir. 2–10 noyabr 2026-cı il tarixlərində davam edəcək təşəbbü


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər cəbhədən yeni xəbərlər ən son xəbərlər xeber az