Ürək xəstələrinə nə qədər stend qoyula bilər? - Açıqlama

Ürək xəstələrinə nə qədər stend qoyula bilər? - AçıqlamaSon vaxtlar bəzi həkimlərin ölüm ayağında olan ağır ürək xəstələrinə birdən-birə 5-6 stend qoyması narazılıqlara səbəb olur. Mütəxəssislər hətta bunu xəstə üçün ağır yük hesab edir. Xəstə yaxınları isə iddia edirlər ki, bir şəxsə eyni vaxtda 5-6 stend qoyulması onun sağalmayacağını bilən həkimin oyunudur. Belə ki, o, "son çarə" deyərək, xəstə yaxınlarını buna inandırır və 5-6 stend soymaqla külli miqdarda pul alır. Çünki bir stend ortalama 2 min manatdır.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı axar.az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının invaziv kardioloqu Muxtar Müseyibov bildirib ki, xəstəyə nə qədər stend qoyulması damarların vəziyyətindən asılıdır:
"Açığı, düşünürəm ki, sırf maddiyyat üçün heç bir həkim bunu etməz. Stend qoyulmazdan əvvəl xəstənin ürək damarlarının vəziyyətinə baxırıq və qidalandığı sahədə canlı toxumanın olub-olmaması öyrənilir. Əgər orada canlı toxuma qalmayıbsa və tutulma xronikidirsə, stendin heç bir köməyi olmur. Bu zaman digər damarlara müdaxilə edilir. Stend üçün əvvəlcə neçə damarın xəstə olması, damar darlığının uzunluğu, ürəyin gücü və həmçinin digər xəstəliklərin olub-olmaması nəzərə alınmalıdır. Ümumiyyətlə, biz çalışırıq ki, xəstəyə çox stend qoyulmasından qaçaq. Amma burada bəzən 3-4 stend qoyulan xəstələrdə gözlənilməyən hadisələr baş verir. Yəni ya stendin uzunluğu çatmır, ya da hər hansısa ağırlaşma olur. Bu zaman məcburən əlavə 1 və 2 stend qoyulur. Təbii ki, bu, tez-tez rastlaşdığımız hal deyil. Amma dünyada aparılan araşdırmalar göstərir ki, stendin çox olması xəstənin vəziyyəti ilə əlaqədardır. Ürək damarlarında uzun darlıqlar olan zaman əməliyyatdan çox da böyük effekt əldə edilmədiyi üçün xəstəyə mümkün olan qədər stend qoymaqla onun həyat keyfiyyətini yaxşılaşdırmaq olar. Stendin sayının çox olması xəstələrdə, xüsusən də şəkər xəstələrində damar xəstəliyinin çox olması ilə əlaqədardır. Əməliyyatla heç bir effekt əldə edilmədiyi üçün xəstə yaxınlarına stend qoyulması təklif edilir. Bundan başqa alternativ yol yoxdur. Əgər buna xəstənin yaxınları razı olmasa, yalnız dərman vasitəsi ilə nəticə əldə edilməyə çalışılır".
M.Müseyibov onu da bildirib ki, Azərbaycanda ürəyinə 14 stend qoyulan ürək xəstələri var:
"Düzdür, ürək üçün 6 stend çoxdur. Çünki stendin sayı çoxaldıqca xəstədə metal yükü çox olur. Amma nəzərə almaq lazımdır ki, ürəyimizin əsas 3 böyük damarı və onların şaxələri var. Xəstədən asılı olaraq bu vəziyyət dəyişə bilər. Elə xəstə var ki, onun hər üç damarının diametri böyük olan şaxələri var. Bunların hamısını nəzərə alsaq, bizim üçün böyük rəqəm görünsə də, ürəyin şaxələrinə stend qoyanda say 6-ya çatır. Bir xəstəyə isə maksimum nə qədər stendin qoyulması barədə konkret say demək mümkün deyil. Heç bir həkim istəməz ki, stendin sayı çox olsun. Amma xəstənin damarlarında uzun darlıqlar varsa və 3-4 stendlə nəticə əldə etmək olmursa, bu zaman 5-6 stend qoymaq mümkündür. Bu isə məcbur qalmadıqca edilmir".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 09 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber saytlari xankendi cəbhədən son görüntülər xeber