Ürəklərdə yaşayan Əhmədiyyə Cəbrayılov və ya "Xarqo"
Ürəklərdə yaşayan Əhmədiyyə Cəbrayılov və ya "Xarqo"
11 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyinin geniş şəkildə qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb.
Gənclər və İdman Nazirliyi, müvafiq sərəncamı rəhbər tutaraq, gənclər arasında vətənpərvərlik hisslərinin yüksəldilməsi, xalqımızın hərb və döyüş tarixinin gənclərə əyani olaraq çatdırılması məqsədilə, açıq havada gənclərin iştirakı ilə tarixi rekonstruksiya formatında "Xarqo" adlı qısa metrajlı film hazırlayıb.
Filmdə 15 gənc və tanınmış kino aktyorlar iştirak ediblər. Altı gün davam edən çəkilişlər Şəki rayonu, qəhrəmanın doğulduğu Oxud kəndində və Bakı şəhərinin müxtəlif məkanlarında aparılıb.
Ssenari müəllifi Mikayıl Mikayılova məxsus filmin üzərində hazırlıq işləri 15 gün davam edib. Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovla bağlı filmin çəkilişlərində müxtəlif tarixi sənədlərdən istifadə olunub. Filmin rejissoru Mikayıl Mikayılov, rəssamı Mustafa Mustafayevdir. Rolları Əməkdar artistlər Sona Mikayılova, Rasim Cəfər, aktyorlar Faiq Mirzəyev, Əli Əlizadə,Yaroslav Trifonov, Anar Mikayılov, Rumiyyə Ağayeva, Müşviq Mirzə, Araz Pirimov və digərləri canlandırıblar.







Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR