Uşaqlar üçün öskürək və soyuqdəymə siroplarında zəhər tapıldı - FOTO

Uşaqlar üçün öskürək və soyuqdəymə siroplarında zəhər tapıldı - FOTOUşaqlar üçün öskürək və soyuqdəymə siroplarında zəhər tapıldı - FOTO
İndoneziyada onlarla uşağın ölümündən sonra ölkədə bütün sirop və maye dərmanların satışı dayandırılıb. Belə ki, yerli səhiyyə qurumu bəzi öskürək və soyuqdəymə dərmanlarının kəskin böyrək zədələnməsinə və son bir ildə 99 uşağın ölümünə səbəb olduğunu bildiriblər.
Bu dərmanların yerli istehsal, yoxsa xaricdən gətirildiyi məlum deyil.
Bildirilir ki, hazırda dərmanlara görə 200 uşaqda böyrək zədələnməsi hadisəsi aşkar edilib. Onların əksəriyyətinin yaşı beşdən aşağıdır.
Xatırladaq ki, bir müddət əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 70-ə yaxın uşağın ölümünə səbəb olan dörd öskürək və soyuqdəymə siropu ("prometazin" oral məhlulu, uşaqlar üçün "Kofexmalin" və "Makoff" öskürək siropları, həmçinin soyuqdəyməyə qarşı "Magrip N" siropu) ilə bağlı xəbərdarlıq edib. Hindistan əczaçılıq şirkəti tərəfindən istehsal edilən sözügedən preparatların tərkibində dietilen qlikol və etilen qlikolun qəbuledilməz səviyyədə olduğunu bildirib. ÜST rəsmiləri bildiriblər ki, bu siroplar potensial olaraq kəskin böyrək zədələnməsinə səbəb olur.
Uşaqlar üçün öskürək və soyuqdəymə siroplarında zəhər tapıldı - FOTOİndoneziya Səhiyyə Nazirliyinin açıqlamasında, ölkədə istifadə edilən bəzi maye dərmanlarda eyni kimyəvi komponentlərin istifadə edildiyi bildirilib.
"Beş yaşından kiçik uşaqlara verilən siropların bəzilərinin tərkibində olması lazım olduğundan daha çox dietilen qlikol və etilen qlikol olduğu ortaya çıxıb", - deyə Səhiyyə Nazirliyindən bildirilib. Lakin bu zəhərli preparatların neçə nəfərə təsir etdiyi açıqlanmayıb.
Yerli mütəxəssislər İndoneziyada faktiki ölüm nisbətinin daha yüksək ola biləcəyini bildirib.
İndoneziya hökuməti uşaqlarda xəstəlik və ölümə səbəb olan siropların növlərini və markalarını hələ açıqlamayıblar. Ancaq hazırda ölkədə bütün sirop və maye dərmanların satışı dayandırılıb.
Mənbə: Cümhuriyyət / oxu.az

Maraqlı       Tarix: 21 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun 2026 azerbaycan son xeberler bugun 2026 muharibe son xəbərlər xeberler bugun