ÜST: 'Qarabağ və Şərqi Zəngəzurda səhiyyə sisteminin yaradılmasına töhfə verməyə hazırıq
"Ümumdünya Səhiyyə Təşkilatı işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirəcəyi səhiyyə sisteminin qurulması prosesində, xüsusilə rəqəmsal səhiyyə sisteminin yaradılmasında töhfəsini verməyə və Azərbaycan ilə yaxından əməkdaşlığa hazırdır".
azxeber.com xəbər verir ki. bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Kluge aprelin 26-da Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
O vurğulayıb ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində səhiyyə xidmətlərini təqdim edən regional mərkəzlərdən birinə çevrilə bilər.
Hans Henri Kluge Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ilə əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətində olduğunu deyib. Təşkilatın Azərbaycanda hazırda səhiyyə sistemində aparılan islahatlara yaxından töhfə verməyə hazır olduğunu deyən qonaq bildirib ki, ölkəmizdə rəqəmsal və elektron səhiyyə sistemlərinin qurulması istiqamətində görülən tədbirlər də çox müsbətdir.

Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat