ÜST Şamaxıda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində fəaliyyətə başlayıb – FOTO

ÜST Şamaxıda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində fəaliyyətə başlayıb – FOTOÜST Şamaxıda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində fəaliyyətə başlayıb – FOTO
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Şamaxı rayonunda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi məqsədilə "PROACT-Qayğı" layihəsinə başlayıb.
Bu barədə ÜST-ün Azərbaycandakı Nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, "PROACT-Qayğı" layihəsinin əsas tərəfdaşlarının bir yerə toplaşdığı açılış tədbiri ilə Şamaxı rayonunda layihənin icrasına başlanılıb.
"PROACT-Qayğı" COVID-19 kontekstində zəruri səhiyyə xidmətlərinin göstərilməsində yarana biləcək kəsintilərin qarşısını almaq üçün ilkin səhiyyə sisteminin gücləndirilməsi məqsədi daşıyır. Həmçinin, layihə Azərbaycan üçün məqsədəuyğun ilkin səhiyyə sistemi modelinin yaradılmasını nəzərdə tutur ki, bu model genişləndirilərək ölkənin digər ərazilərində də tətbiq edilə bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirilən layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Böyük Britaniyanın "Ukaid", Rumıniyanın "RoAid" təşkilatları və "UHC-Əməkdaşlıq" təşəbbüsü (ÜST-nin tərəfdaşları ilə ortaq layihəsi) tərəfindən maliyyələşdirilir. ÜST-nin Azərbaycandakı Nümayəndəliyi layihənin icra olunmasında Şamaxı Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Heydər Əliyev Fondu, UNICEF və BMT-nin Əhali Fondu ilə tərəfdaşlıq edir.
"Səhiyyə işçilərimiz ağır pandemiya şəraitində öz  vacib missiyalarını həyata keçirmək üçün  daima bilik və bacarıqlarını inkişaf etdirməyə çalışır. Biz də çalışırıq kı, bu prosesdə onlara hərtərəfli dəstək olaq. Bu gün bu dəstəyə görə buraya toplaşmış hər kəsə Şamaxı səhiyyə işçiləri adından dərin təşəkkürümü bildirirəm" deyə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib. O, həmçinin, Şamaxıda pandemiyaya qarşı mübarizdə istifadə ediləcək geo-analitik səhiyyə xəritəsini təqdim edib və bildirib ki, "Rayon ərazisindəki tibb müəssisələri və oradakı bütün xidmətlər sistemləşdirilərək elektron xəritə üzərinə köçürülüb. Bu xəritə vasitəsilə məlumatlar vizuallaşdırılır və mövcud vəziyyətlə bağlı hesabatlar əldə edilir. Həmçinin COVID-19-a yoluxma və vaksinləşmə ilə bağlı ən son məlumatlar xəritə üzərində görüntülənir."
"USAID Azərbaycanda ilkin səhiyyənin gücləndirilməsi və səhiyyə işçiləri üçün təlim layihələrini dəstəkləməkdən qürur hissi keçirir. Səhiyyə işçiləri COVID-19-a qarşı mübarizənin ön cəbhəsində dayanırlar. Bu, həkimlər, tibb bacıları və qardaşları və digər səhiyyə işçilərinin bizim gündəlik həyatımızda, eləcə də iqtisadi inkişafın təmin edilməsində nə qədər vacib rol oynadıqlarını sübut edir," USAID-nin Azərbaycandakı missiya direktoru Dr. Cey Sinqx bildirib. O, həmçinin, əlavə edib ki, ABŞ hökuməti pandemiyanın sonlandırılması üçün Azərbaycan hökuməti ilə birgə çalışmağa davam edəcəkdir.
"PROACT-Qayğı" layihəsi vasitəsilə Şamaxı əhalisi ixtisaslı heyət tərəfindən təmin edilən və diaqnostika və müalicə üçün gərəkli müasir avadanlıqla təchiz edilmiş keyfiyyətli ilkin səhiyyə xidmətinə çıxış əldə edəcək," deyə ÜST-nin Azərbaycandakı Nümayəndəsi Dr Hande Harmancı qeyd edib. O bildirib ki, layihənin Şamaxıda yaratmağa çalışdığı güclü ilkin səhiyyə xidməti insanların daha uzun və daha sağlam həyat yaşamasına, səhiyyə xərclərinin aşağı düşməsinə, səhiyyəyə ayrılan vəsaitin optimallaşdırılmasına və iqtisadi məhsuldarlığın artmasına gətirib çıxaracaq.
UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbər müavini Min Yuan bildirib ki, "UNİCEF ÜST-lə əməkdaşlıqda Azərbaycanda ilkin səhiyyə sisteminin vacib komponenti olan ana və uşaq sağlamlığının yaxşılaşdırılması üçün "PROACT-Qayğı" layihəsinə töhfə verəcək." O söyləyib ki, ilkin səhiyyədə ana və uşaq sağlamlığı və qidalanma ilə bağlı zəruri səhiyyə xidmətlərinin göstərilməsi sahəsində yerli səhiyyə işçilərinin bilik və bacarıqlarının artırılması üçün UNICEF-in mövcud təlim paketləri Şamaxı səhiyyə işçilərinə təqdim ediləcək.
Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri və Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədov "PROACT-Qayğı" layihəsinin tərəfdaşlarına Şamaxıda bu layihənin həyata keçirilməsi üçün təşəkkürünü bildirib və layihənin Azərbaycanın digər rayonlarında da tətbiq edilməsinə dəstəyini ifadə edib. O qeyd edib ki, Heydər Əliyev Fondu artıq Şamaxıda bir sıra ilkin səhiyyə müəssisələri inşa edib və fond ilkin səhiyyənin gücləndirilməsi ilə bağlı təşəbbüsləri dəstəkləməyə davam edəcək.
Tədbir iştirakçıları cari ilin 4 fevralından etibarən yerli tibb işçilərinə təlim keçməyə başlayan Şamaxı Təlim Mərkəzini də ziyarət edib. USAID-in maliyyə və ÜST-nin texniki dəstəyi ilə UNICEF tərəfindən həyata keçirilən "PROACT-Təlim" layihəsi çərçivəsində yaradılan mərkəz 15 maya qədər Şamaxı və ətraf rayonlardan olan 400-ə qədər tibb işçisinə ilkin səhiyyə xidmətləri və COVID-19-a cavab tədbirləri sahəsində təlim keçəcək. Təlim mərkəzi daha sonra Şamaxı Mərkəzi Rayon Xəstəxanası nəzdində yerli təlim qurumu kimi fəaliyyətini davam etdirəcək.
"PROACT-Qayğı" layihəsinin tərəfdaşları həmçinin Çarhan və Quşçu kəndlərindəki kənd həkim məntəqələrinə baş çəkib. Bu kəndlərdə yerli tibb işçiləri və əhali ilə tanış olmaq imkanı əldə edən layihə tərəfdaşları onlarlarla ilkin səhiyyə sahəsindəki ehtiyaclarını müzakirə edib.
ÜST Şamaxıda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində fəaliyyətə başlayıb – FOTOÜST Şamaxıda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində fəaliyyətə başlayıb – FOTOÜST Şamaxıda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində fəaliyyətə başlayıb – FOTO

Sosial       Tarix: 14 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber saytlari axsam az xeberler xeber.az bu gun futbol xeberleri