Üzdə yaranan səpgiləri belə müalicə edin
Üzdə sızanaq və səpgilər yaranmasının müxtəlif səbəbləri var. Həmin problem əsasən maddələr mübadiləsinin pozulması, metobolizmin zəifləməsi, əsəb və sinir sisteminin narahatlığından qaynaqlansa da, dərinin ifrat yağlılığı da bu sahədə mühüm rol oynayır. Çünki yağ vəzlərinin ən çox toplandığı nahiyələrdən biri də məhz üzdür.
Sızanaq yetkinlik çağı xəstəliyi olaraq qəbul edilsə də, bütün yaş qruplarına təsir göstərə bilər. İsti yay günlərində tərləmə nəticəsində artan həmin səpgilərdən xanımlar daha çox əziyyət çəkirlər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, üz dərisində xoşagəlməz görüntü yaradan qırmızı sızanaqlar getdikcə ləkəyə çevrilə bilər. Problemin profilaktikası üçün yaydan payıza keçərkən dermotoloji və kosmetoloji müalicə vacibdir. Mütəxəssislər bu məqsədlə dəri tipinə görə vitaminlərlə zəngin müalicəvi əhəmiyyətli bir sıra prosedurlar məsləhət görürlər. Kosmetoloqlar bununla yanaşı ev şəraitində mümkün vasitələri də məqsədəuyğun hesab edirlər.
Bu barədə məlumat verən həkim-dermatoloq Solmaz Orucova deyib: "Ləkələri müalicə etmək üçün proqram hazırlanır, yəni fərdi qaydada hər üzə, hər ləkəyə və onun növünə görə ayrı-ayrı prosedurlar təyin edilir. Həmin prosedurlar pilinq, mezoterapiya, mikromilinqdən ibarətdir. Ev şəraitində xanımlar həmin ləkələrdən azad ola bilərlər. Məsələn, yarım stəkan düyü unu və yarım stəkan süd qarışdırılır, maska şəklində üzə yaxılır və 10 dəqiqə saxlanılır. Prosedurdan sonra maskanın ilıq su ilə yuyulması çox gözəl ağardıcı effekt verir".
Qeyd etmək lazımdır ki, səpgilər təkcə yağlı yox, quru və normal dərilərdə də yarana bilər. Ona görə də nəticənin uğurlu alınması üçün müalicədən əvvəl düzgün müayinə vacibdir.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ