Uzun müddət tək qalanlar diqqətli olsunlar
Sosial təcrid və uzunmüddətli tənhalıq yalnız psixoloji vəziyyətə deyil, beynin fəaliyyəti və sinir sisteminə də təsir göstərə bilər.
Türkiyə mediası xəbər verir ki, uzman klinik psixoloq Beste Çokavgilin sözlərinə görə, uzun müddət tək qalmaq beynin sosial mühiti daha təhlükəli qəbul etməsinə və sinir sisteminin daim ayıq vəziyyətdə qalmasına səbəb ola bilər.
Psixoloq bildirib ki, uzunmüddətli tənhalıq insanın ətrafındakı sosial siqnalları fərqli şərh etməsinə səbəb ola bilər. Belə vəziyyətdə insan başqalarının söz və davranışlarını həddindən artıq analiz etməyə meyilli olur.
Çoxavgil qeyd edib ki, qeyri-müəyyən hadisələr belə bəzən sosial təcrid və ya rədd edilmə kimi qəbul edilə bilər. Sinir sisteminin daim aktiv olması isə yuxu problemləri, səbirsizlik və zehni yorğunluqla nəticələnə bilər.
Beynin resurslarının mümkün sosial təhlükələrə yönəlməsi yaddaş, diqqət və öyrənmə proseslərinə də təsir göstərə bilər.
Mütəxəssis vurğulayıb ki, uzunmüddətli tənhalığın yaratdığı yaddaş və diqqət problemləri mütləq qalıcı deyil.
Onun sözlərinə görə, sağlam sosial münasibətlər qurmaq, müntəzəm ünsiyyətdə olmaq və ehtiyac yarandıqda psixoloji dəstək almaq beynin yenidən sosial əlaqələrə uyğunlaşmasına kömək edə bilər.
"İnsan sosial varlıqdır və sosiallaşmaq bizim üçün həyati əhəmiyyət daşıyır", – deyə psixoloq bildirib.
///sfera.az/// / azxeber.com

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı