Vadim Rabinoviç: "Karantinlə bağlı gecikmək olmazdı" – MÜSAHİBƏ

Vadim Rabinoviç: "Karantinlə bağlı gecikmək olmazdı" – MÜSAHİBƏVadim Rabinoviç: "Karantinlə bağlı gecikmək olmazdı" – MÜSAHİBƏ
Ukraynanın yeni Baş naziri Denis Şmıqal martın 25-də bütün ölkə ərazisində fövqəladə vəziyyətin tətbiq olunduğunu və karantin müddətinin 30 gün uzadılaraq, aprelin 24-nə qədər tətbiq ediləcəyini elan edib.
Bundan əlavə, Ukrayna hökumətinin başçısı fövqəladə çağırışlara cavab vermək və böhran əleyhinə tədbirlər hazırlamaq məqsədi daşıyan "strateji platforma" yaradıldığını açıqlayıb.
Denis Şmıqalın sözlərinə görə, koronavirus pandemiyası və iqtisadi böhran Ukraynanın bütün tarixi ərzində ən ciddi təhdidlərdən biridir.
Bundan əlavə, martın 24-də Kiyev Beynəlxalq Sosiologiya İnstitutu tərəfindən keçirilmiş sorğunun nəticələrinə görə, respondentlərin 40 faizi karantin tədbirlərinin sərtləşdirilməsini istəyib, 33,4 faizi tətbiq edilmiş tədbirləri adekvat hesab edib, 21,9 faizi məhdudiyyətlərin daha az olmasını arzulayıb, 1,5 faizi isə məhdudiyyətə gərək olmadığını bildirib.
Sorğunun nəticələrinə əsasən, indi ukraynalıları narahat edən ən vacib problemlər bunlardır: yaxınlarının sağlamlığı (64,5%), vəziyyətin qeyri-müəyyənliyi (46,3%), xəstələnmək qorxusu (32,1%), yaranmış maliyyə problemləri (28,5%) və evdə oturmağın çətinliyi (27,5%).
Bununla yanaşı, Ukraynada koronavirusun yayılması respondentlərin 88,2 faizini narahat və ya çox ciddi narahat edir. Sorğu iştirakçılarının 5,9 faizi isə bu vəziyyətdən narahat deyil.
Media.Az məsələ ilə bağlı məşhur ukraynalı siyasətçi, "Müxalif platforma – Həyat naminə" Partiyasının həmsədri, Ukraynanın millət vəkili Vadim Rabinoviçin fikirlərini öyrənib.
- Ukraynada karantin 30 gün müddətinə uzadıldı və fövqəladə rejim tətbiq olundu. Ölkə iqtisadiyyatı bu vəziyyətə tab gətirəcəkmi? Fikrinizcə, hökumətin həyata keçirdiyi tədbirlər nə dərəcədə düşünülüb?
- Biz bunu bilmirik, çünki ölkə parlamenti qərarların qəbulundan tamamilə kənarlaşdırılıb. Ali Radanın deputatları Fövqəladə Vəziyyət üzrə Qərargaha daxil edilməyib, halbuki bizdə parlamentli-prezident respublikasıdır. Doğrudur, heç olmasa, bir həftə əvvəl parlament rəhbəri qərargahın tərkibinə daxil edildi. Təkpartiyalı çoxluq ("Xalqın xidmətçisi" Partiyası nəzərdə tutulur – red.) nəyi necə edəcəyinə özü qərar verir. Hər şeyi düzgün edirlərmi? Bu suala cavab yoxdur.
Ancaq hesab edirəm ki, bu gün vəziyyəti mürəkkəbləşdirmək lazım deyil. Son altı ildə aparılan islahatların sosial və iqtisadi fəlakətə çevrildiyini görürük.
Səhiyyə tamamilə bərbad hala düşüb. İndi bunu danışmağın nə mənası?
- Bəs ölkə vətəndaşları bu proseslərə necə reaksiya verirlər? Nəqliyyatın dayandırılması, karantin...
- Fərqli reaksiya verirlər. Moskva metronu dayandırmadı, amma biz dayandırdıq. Lakin aydındır ki, karantin tədbirlərini gecikdirmək olmazdı. Bunu gecikən ölkələrə baxıb görə bilərik. Hansı daha yaxşıdır - karantinin uzadılması halında Ukraynanı gözləyə biləcək iqtisadi fəlakət, yoxsa çox sayda xəstələnmiş insan?? /oxu.az

Siyasi       Tarix: 27 mart 2020
f Paylaş

Oxşar xəbərlər

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bu qun sou biznes xeber xeber.az son xeberler