Vahid Kirişçi Qarabağa gedəcək - FOTO

Vahid Kirişçi Qarabağa gedəcək - FOTOBu gün Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Vahid Kirişçi Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib. 
KONKRET.az xəbər verir ki, ziyarətdə nazirlə yanaşı, türk rəsmiləri, həmçinin Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və səfirliyin nümayəndələri iştirak ediblər.
Ziyarət zamanı çıxış edən Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Vahid Kirişçi bu səfərin onlar üçün çox önəmli olduğunu bildirib.
"Bu, dost və qardaş ölkə olan Azərbaycana fəaliyyətə başladığımız andan etibarən ilk xarici səfərimizin olması səbəbilə böyük önəm daşıyır. Bu ziyarəti Azərbaycana həyata keçirməkdən böyük məmnunluq hiss edirəm. Ötən gün Bakıda keçirilən sərgi də böyük əhəmiyyətə malikdir. Orada çox yüksək səviyyədə bir iştirak var idi, Türkiyədən gələn iş adamları da sərgiyə qatılmışdılar. Bu, mühüm əhəmiyyətə malikdir. Sərgi çərçivəsində son illərdə balıq və su məhsulları sahəsində önəmli mərhələ keçən Türkiyə bu təcrübəsini öz can qardaşları ilə paylaşmaq üçün qonaqlara "balık-ekmek" təqdim etdi. Sərgidən sonra rəsmi ziyarətlərimiz başladı. Azərbaycanda bir neçə nazirliklərdə görüşlər keçirdik" – nazir qeyd edib.
Vahid Kirişçi Azərbaycan Prezidentinin onları qəbul etməsinin və bir sıra məsələləri İlham Əliyevlə müzakirə etmələrinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb: "Bizim üçün ən önəmli olan səhər erkən saatlarda dəyərli vaxtını ayıran Azərbaycan Prezidenti İlham Əliyevin bizi qəbul etməsi oldu. Bu görüş çərçivəsində də cənab Prezidentə Rəcəb Tayyib Ərdoğanın salam və sevgilərini çatdırdıq, həm də iki ölkə arasında ötən gündən bəri həyata keçirdiyimiz görüşlərdəki bəzi kritik məsələləri bildirmək imkanımız oldu. Cənab Prezident İlham Əliyev son dərəcə müsbət, töhfə verən bir mövqedə bu məsələlərdə hər bir dəstəyi göstərəcəyini bildirdi. Bizim tək bir qayəmiz var, o da dost və qardaş Azərbaycanın yanında olmaq, eynilə Qarabağda 30 illik işğala son verərkən, "mənə kim yardım edəcək, yanımda kim dayanacaq" deyilən zaman əlini ilk qaldıran ölkə Türkiyə olmuşdusa, kənd təsərrüfatı və meşəlik sahəsində, su məhsulları məsələsində də qardaş ölkənin yanındayıq. Azərbaycan üçün su məsələsi çox kritik bir məsələdir. Bu mövzularda dəstək göstərmək Türkiyə olaraq bizim borcumuzdur. Biz həm də bunları müzakirə etdik. Bu gün də görüşlərimiz davam etdi. Bu çərçivədə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bizi qəbul etdi. Cənab nazirlə özəlliklə meşə yanğınları məsələsini müzakirə etdik. Ona keçən il ölkəmizdə baş verən, yaxın tarixdə heç yaşamadığımız çox böyük bir fəlakətlə – 134 min hektar meşə ərazisinin yanması məsələsi ilə bağlı da Azərbaycan olaraq verdikləri dəstəyə görə təşəkkür etdik. Həmin tarixdən bu günə qədər Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi olaraq meşə yanğınları ilə mübarizə məsələsində insan resursları, proqram təminatı, xüsusi qurğular, yerüstü və hava nəqliyyatı vasitələri məsələsində əldə etdiyimiz nəticələri qarşılıqlı olaraq paylaşdıq. Bu cür fəlakətlər heç baş verməsin, ancaq əgər bununla bağlı hər hansı ehtiyac olarsa, bütün qüvvəmizi səfərbər edəcəyimizi qeyd etdik. Azərbaycan Fövqəladə hallar naziri də öz resurslarını belə bir ehtiyac yarandığı zaman səfərbər edəcəklərini ifadə etdi. Bir sözlə, gəldiyimiz andan etibarən özümüzü evimizdəki kimi hiss edirik".
Vahid Kirişçi sabah işğaldan azad edilmiş ərazilərə səfər edəcəyini bildirib: "Qarabağı ziyarət Azərbaycana səfərimizin zirvə nöqtəsi olacaq. Mən ilk dəfə Qarabağı ziyarət etmiş olacağam. Həm Türkiyə vətəndaşı, həm də kənd təsərrüfatı və meşəçilik naziri olaraq çox həyəcanlıyam. 30 il işğal altında qalan torpaqlara ayaq basmaq, azad edilən ərazilər kimi tərəfimizdən ziyarət ediləcək olması bizə həyəcan verəcək".
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Siyasi       Tarix: 19 may 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"


son xeberler yeni xeberler azerbaycan xeberleri bugun xeberler xəbərlər.com en sonxeber xeber.az 2026