Vaksinasiyadan keçməyən müəllimlər tədrisə cəlb olunmur
"Hələ də vaksinasiyadan keçməyən təhsil işçiləri var".
Azxeber.com APA-ya istinadən məlumat verir ki, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, vaksinasiyadan keçməyənlər tədrisə cəlb olunmur: "Bu məsələyə də məktəb rəhbərliyi cavabdehdir və bunu nəzarətdə saxlayaraq tənzimləyirlər. Tədrisə cəlb olunmaq üçün mütləq şəkildə ya COVID-19 pasportu, ya da əks-göstəriş sertifikatı təqdim olunmalıdır. Əgər bir təhsil müəssisəsinin işçilərinin 80 faizindən çoxu peyvənd olunubsa, həmin müəssisədə tədris prosesinin tənzimlənməsi mümkündür. Bütün bu tələblər təmin olunduğu üçün 310 məktəbin hamısında əyani tədris bərpa olunub".

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR