Valideyn nəzarətsizliyi iki körpəni xəstəxanalıq etdi

Valideyn nəzarətsizliyi iki körpəni xəstəxanalıq etdiBakıda və Salyanda nəzarətsiz qaldıqları üçün siçan əleyhinə dərman və sirkə turşusu içən körpələr xəstəxanalıq olublar.
azxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, faciəvi hadisələrdən biri ötən gün saat 18:00-da Qaradağ rayonunda, digəri isə saat 20:00-da Salyanda qeydə alınıb.
Birinci hadisə zamanı Səngəçal qəsəbəsindəki evdə ehtiyatsızlıqdan siçan əleyhinə dərman içən qəsəbə sakini, 2023-cü il təvəllüdlü A.Poladova ağır vəziyyətdə tibb müəssisəsinə təxliyə edilib.
Salyanın Noxudlu kəndində isə 2022-ci il təvəllüdlü N.Qurbanova sirkə turşusundan zəhərləndiyi üçün təcili tibbi yardıma ehtiyac yaranıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq hər iki faciəvi hadisə rəsmi şəkildə təsdiqlənib.
Qurumdan bildirilib ki, iyulun 6-da ikiyaşlı uşaq (qadın cinsli) siçan əleyhinə dərmandan zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təcili qəbul edilib.
Azyaşlıya dərhal həyati əhəmiyyətli tibbi xidmətlər göstərilib, rodentisid diaqnozu təyin olunub. Hazırda körpənin vəziyyəti stabildir və yaxın günlərdə ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.
Salyanın Noxudlu kəndindən 2022-ci il təvəllüdlü şəxs (qadın cinsli) iyulun 6-sı, saat 19:40-da Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təcili çatdırılıb.
Sirkə essensiyası ilə zəhərlənmə diaqnozu təyin edilən balaca xəstəyə bütün zəruri tibbi müdaxilələr həyata keçirilib. Hazırda körpənin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - deyə rəsmi məlumatda vurğulanır.

Sosial       Tarix: 07 iyul 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək

Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq ediləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi ilə bağlı fərman imzaladığı "Ümumi təhsil haqqında" qanuna edilə

Əməkdar jurnalist Nuraninin vəziyyəti açıqlanıb

Əməkdar jurnalist Tofiqə Qasımovanın (Nurani) səhhəti ilə bağlı son vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzi məlumat yayıb. Bildirilib ki, 56 yaşlı Tofiqə Qasımova iyulun 17-də Kliniki Tibbi Mərkəzi

Günəş altında bu saatlarda ehtiyatlı olun: Dəri xərçəngi riskini artıra bilər

Yay aylarında tez-tez rast gəlinən günəş yanıqları təkcə müvəqqəti qızartıya səbəb olmur. Mütəxəssislərin sözlərinə görə, uzun müddət qorunmadan günəş altında qalmaq dəri hüceyrələrinin DNT-sində zədələnmələr yarada, erkə

"Anamsız bizə çətindir" - "Arzum"un qızı

Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən "Arzum 99" ləqəbli tiktoker İlduzə Hacıyevanın anası və övladları video yayıb. İ.Hacıyevanın anası videoda qızı üçün yardım istəyərə

Dünya bazarında neft ucuzlaşdı

Dünya əmtəə bazarlarında neft qiymətlərində eniş müşahidə olunur. xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinin qiyməti 0,41 ABŞ dolları (0,49 faiz) azalaraq bir barel üçün 82,8

Bakı və Astara sakinlərinin nəzərinə

Bakı və Astaranın bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, iyulun 20-də Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ

Niyə bəzi insanlar həmişə gecikir? - Maraqlı səbəb

Kimisi görüşə, işə və ya tədbirə hər zaman vaxtında gəlir, kimisi isə nə qədər çalışsa da, həmişə gecikir. Maraqlıdır ki, bu vərdiş hər zaman məsuliyyətsizlik və ya başqalarına hörmətsizlikdən qaynaqlanmır. Psixoloqları

Şəhid anası vəfat etdi

Mingəçevirdə Birinci Qarabağ müharibəsi şəhidi Qədir Məmişovun anası dünyasını dəyişib. Ölüm faktı ailənin yaşadığı N.Nərimanov küçəsində yerləşən mənzildə qeydə alınıb. 1941-ci il təvəllüdlü Məmmədova Zoya Şafikovna gec

Qızıl almaq istəyənlərin diqqətinə: Yeni qiymətlər məlum oldu

Qlobal bazarlarda qiymət dəyişiklikləri fonunda Azərbaycanda qızılın daxili satış qiymətləri yenilənib. KONKRET.azxəbər verir ki, Mərkəzi Bankın məlumatına əsasən, iyulun 20-nə olan məlumata görə, 99 əyyarlı təmiz qızılı


son xeberler yeni xeberler azerbaycan xeberleri meherremlik 2026 sosial yardim xəbərlər cebheden xeberler