"Vanlı Kara Haydar"ın işindən xəbər var

Sosial mediada "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalanın həyat yoldaşı Çağla Öz Tançalan İstanbulda saxlanıldıqdan sonra Van şəhərinə aparılıb.
Çağla Öz Tançalanın İstanbuldakı prosedurları başa çatıb.
Daha sonra o, araşdırmanın aparıldığı Van şəhərinə göndərilib.
Onun Van Əmniyyət Müdirliyindəki prosedurlarının davam etdiyi bildirilir. Bundan sonra Çağla Öz Tançalanın ədliyyəyə sövq ediləcəyi gözlənilir.
Qeyd edək ki, Mehmet Fatih Tançalanın sosial mediada yayılan görüntüləri və Van şəhərində keçirilən toyunda gəlinə taxıldığı bildirilən külli miqdarda qızıl, pul və digər qiymətli əşyalar Türkiyədə geniş rezonans doğurub. Bunun ardınca Van prokurorluğu tərəfindən araşdırma başlanıb. Mehmet Fatih Tançalan sentyabrın 8-də Vanın Muradiyə rayonundakı evində saxlanılıb və daha sonra "cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin yuyulması" ittihamı ilə həbs edilib.
İstintaq çərçivəsində Çağla Öz Tançalanın adı da hazırlanan MASAK hesabatında keçib. 
Onun İstanbulda saxlanılmasından sonra Vana göndərilməsi ilə araşdırmanın yeni mərhələyə keçdiyi bildirilir. İstintaqın əsas istiqamətlərindən biri də toyda nümayiş etdirilən külli miqdarda qızıl və pulun mənşəyinin müəyyənləşdirilməsidir. Axtarış zamanı həmin ziynət əşyalarının bir hissəsinin Muradiyədəki ev və ona aid tikilidə aşkarlandığı bildirilib.
///musavat.com/// / azxeber.com

Şou Biznes       Tarix: 14 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Faiq Ağayevə ağır itki üz verdi

Xalq artisti Faiq Ağayevə ağır itki üz verib. xəbər verir ki, bu barədə o, feysbuk hesabında bildirib:. "15 il evimdə canla-başla çalışmış, bütün məişət məsələlərimi vicdanla, doğmalıqla həll edən köməkçim bu gün torpağ

Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq

Televiziya aparıcısı Elgiz Əkbər həftə içi 5 gün öz "YouTube" kanalında veriliş aparacaq. xəbər verir ki, o, özü bu barədə məlumat verib. Elgiz Əkbər bildirib ki, istənilən mövzu ilə bağlı ona müraciət etmək mümkündür:

Yeni boşanan aktrisa məşhur serialda

Türkiyəli aktrisa Saadet İşıl Aksoy yeni seriala çəkilir. Aktrisa "A.B.İ" serialında rol alacaq. O, "Rüya" obrazına həyat verəcək. Qeyd edək ki, aktrisa bir müddət əvvəl 12 illik həyat yoldaşı, iş adam

"Survivor" dördüncüsü ailə qurdu

"Survivor" yarışması ilə tanınan Ayşe Yüksel ailə qurub. Yüksel uzun müddətdir sevgilisi olan Sercan Sarayla nikah masasına oturub. Qeyd edək ki, Ayşə Yüksel yarışdığı mövsüm dördüncü olub. /

Sılanın sevgilisi ilə yaxtada istirahət - FOTOLARI

"Kızılcık Şerbeti" serialında Doğa obrazını canlandıran Sıla Türkoğlu şəxsi həyatı ilə gündəmə gəlib. xəbər verir ki, məşhur aktrisa iş adamı Ata Ayyıldızla ailə arasında keçirilən sadə mərasimlə nişanlanıb. Nişanda

Muraddan oğulları ilə bağlı paylaşım - FOTO

Aktyor-müğənni Murad İsmayıl oğulları Fuad və Rəsulla bağlı paylaşım edib. xəbər verir ki, aktyor övladlarının fotosunu sosial media hesabında yayımlayıb. Qeyd edək ki, Murad aktrisa Ülviyyə Xəlilbəyova ilə evli idi. Cütlü

"Uzak Şehir" bu tarixdən başlayır

Kanal D ekranlarında yayımlanan "Uzak Şehir" serialının 3-cü mövsüm çəkilişlərinə start verilib. -a istinadən bildirir ki, bu gün çəkiliş meydançasına qayıdan serialın yeni mövsümünün ilk səhnələri İstanbulda lent

Burak Özçivit bacısının toyuna getmədi

Türkiyəli aktyor Burak Özçivitin bacısı Burçun Özçivit Samsun vilayətinin Bağra rayonunda ailə qurub. Türkiyə mətbuatın xəbər verir ki, Burçun Bafrada baş tutan mərasimə atası Bülent Özçivitin qoluna girərək daxil olub. Toyd

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

"Dini dəyərləri alçaltma" və "Prezidenti təhqir etmə" ittihamları ilə həbs edilən türkiyəli komediyaçı Deniz Göktaş barəsində ittiham aktı hazırlanıb. xarici mətbuata istinadən xəbər verir ki, İstanbu


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxəbər hava xəbərlər xeber.az bu gun