Vardanyan Rusiyaya xəyanət edib: Moskva onun üçün heç bir iş görməyəcək - ŞOK AÇIQLAMA

Vardanyan Rusiyaya xəyanət edib: Moskva onun üçün heç bir iş görməyəcək - ŞOK AÇIQLAMAQondarma "Dağlıq Qarabağ respublikasının keçmiş dövlət naziri" Ruben Vardanyan ötən gün Laçından Gorusa keçməyə cəhd edərkən həbs edilib. O, Bakıya gətirilərək hüquq-mühafizə orqanlarına təhvil verilib.
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) məlumatına görə, Vardanyanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Səbail rayon Məhkəməsinin qərarı ilə Vardanyan haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.
1968-ci il təvəllüdlü erməni milyarder Ruben Vardanyan İrəvanda anadan olsa da, sərvətini Rusiyada qazanıb. "Forbes" jurnalı onun varidatının təxminən 1 milyard dollar həcmində qiymətləndirir.
Vardanyan 2021-ci ildə Ermənistan vətəndaşlığı alıb. O, qərarını II Qarabağ müharibəsindən sonra erməni xalqına dəstək olmaq istəməsiylə əlaqələndirib. Milyarder əvvəlcə hansısa dövlət vəzifəsini tutacağını rədd eləsə də, sonradan Qarabağdakı erməni seperatçılarının rəhbəri Arayik Arutyunyanın "dövlət naziri" vəzifəsini tutmaq təklifini qəbul edib.
Vardanyan 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edərək, Qarabağa köçüb. Artıq 2022-ci ilin noyabr ayında Arayik Arutyunyan onu separatçıların "dövlət naziri" təyin etmişdi, bir neçə aydan sonra Azərbaycanın tələblərindən sonra o, "vəzifəsindən" uzaqlaşdırıldı.
R.Vardanyanın məhz Rusiyanın himayəsi altında Qarabağa gəldiyi istisna olunmur. Vardanyanın həbsindən sonra Rusiyanın necə reaksiya verəcəyi də maraq doğuran məqamdır.
Vardanyan Rusiyaya xəyanət edib: Moskva onun üçün heç bir iş görməyəcək - ŞOK AÇIQLAMARusiya parlamentinin yuxarı palatasının – Federasiya Şurasının Konstitusiya komitəsinin üzvü Aleksandr Başkin bildirib ki, Ruben Vardanyanın 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından könüllü imtina etməsi onun şəxsi seçimi olub. Rusiyalı senatorun sözlərinə görə, Vardanyanın saxlanılması həmin seçimin nəticəsidir. Başkin deyib ki, bu hadisə Rusiya pasportunun qiymətinə şübhə edənlər üçün yaxşı nümunə ola bilər. Federasiya Şurasının üzvü onu da əlavə edib ki, R.Vardanyan Rusiya vətəndaşı olmadığından Moskvadan kömək ala bilməyəcək: "Düşünürəm ki, onun vətəndaşlıqdan könüllü çıxmasının hüquqi nəticələri olacaq. İndi o, Rusiya Federasiyasından yardım ala bilmir və almayacaq".
Vardanyan Rusiyaya xəyanət edib: Moskva onun üçün heç bir iş görməyəcək - ŞOK AÇIQLAMAKONKRET.azxəbər verir ki, rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix Modern.az-a açıqlamasında bildirib ki, Rusiya Vardanyanla bağlı heç bir iş görməyəcək:
"Bildiyiniz kimi, artıq Vardanyan Rusiya vətəndaşı deyil. O, çətin anında açıq şəkildə Rusiya pasportundan imtina edərək Rusiyaya xəyanət edib. Ona görə də Rusiya onu müdafiə etməyəcək. Azərbaycan tərəfindən də tutulacağını çox yaxşı bilirdi. Ona görə də deyə bilərəm ki, bu addımı qəsdən atıb. Görünür, Qərb ona görə nəsə vəd verib. Ona xarici dəstək də güclü olacaq. Belə bir addım atması onunla bağlı ola bilər. Əminəm ki, Qərb mediasında informasiya səs-küyü olacaq. Beynəlxalq təşkilatlar onun üçün mübarizə aparacaq. Rusiya isə onun üçün heç bir iş görməyəcək. Azərbaycanın atdığı addım düzgün qiymətləndirilməlidir".

Siyasi       Tarix: 29 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən görüntülər enson xeberler son xeberler bugun 2026 canli valyuta məzənnələri