Vardanyandan İLK ADDIM - Qarabağda Moskvanın gizli senarisi İŞƏ DÜŞDÜ

Vardanyandan İLK ADDIM - Qarabağda Moskvanın gizli senarisi İŞƏ DÜŞDÜXəbər verdiyimiz kimi, erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Xankəndidəki separatçı rejimin "dövlət naziri" vəzifəsini icra etməyə başlayıb. Vardanyan yeni işində geniş səlahiyyətlərə malik olacaq və faktiki olaraq Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə "1 nömrəli cinayətkar" olacaq. Təbii ki, onlara komandanlıq edən general Andrey Volkovu geridə qoayaraq…
KONKRET.az-ın Haqqin.az-a istinadən məlumatına görə, Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Xankəndinə köçməsinin Moskvanın planı olması versiyası Rusiya və Ermənistan mətbuatında o qədər təkrarlanır ki, artıq hamılıqla qəbul olunub. Əgər bu doğrudursa o zaman Kreml Qarabağda erməni separatizminin ikinci dalğasına başlamaq qərarına gəlib.
Xatırladaq ki, 1998-ci ildə Qarabağda millətlərarası münaqişənin sülh yolu ilə həllinə mane olmaq üçün Rusiya Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı devirərək, separatçı hərəkatın liderlərindən biri, terror briqadalarının rəhbəri Robert Roberti hakimiyyətə gətirdi.
İndi də, 34 ildən sonra Moskva "Xankəndindəki öz adamına" – təkcə sözdə deyil, əməldə də fəallıq göstərməyi bacaran Ruben Vardanyana arxalanaraq eyni addımı təkrarlayır.
Görünür, istefada olan Moskva oliqarxı nəinki Arayik Arutyunyanı və onun yaxın çevrəsini sükandan uzaqlaşdırmağa, həm də Rusiya kontingentinin komandiri, general-mayor Andrey Volkovla "ortaq dil" tapmağa nail olub. KİV-in məlumatına görə, Vardanyan Volkova Moskvanın mərkəzində dəbdəbəli mənzil hədiyyə edib, həmçinin rusiyalı generalın qohumlarını onun biznes müəssisələrində işləməsinə şərait yaradıb.
Vardanyanın Xankəndindəki son mitinqi tam maliyyələşdirdiyi, hətta Ermənistandan yüzlərlə insanın avtobusla daşınmasını da öz üzərinə götürdüyü, üstəlik, bunu fiqurlar vasitəsilə etdiyi iddia edilir.
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 05 noyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler azerbaycan son.xabar cəbhədən şad xəbər az xeber