Vardanyanı kim güllələyib? - Paşinyanın Bakıya qarşı qurduğu plan

Vardanyanı kim güllələyib? - Paşinyanın Bakıya qarşı qurduğu planErmənistan tərəfi son günlər Azərbaycanın Brüssel razılaşmasını pozduğuna dair ittihamlar səsləndirir. Əsgər David Vardanyanın yaralanması, daha sonra ölməsi bu ittihamda əsas "arqument" kimi istifadə olunur. İddia edirlər ki, erməni əsgər Azərbaycan Ordusunun açdığı atəş nəticəsində yaralanıb.
Azərbaycan tərəfi həm Müdafiə Nazirliyi, həm Xarici İşlər Nazirliyi, həm də Dövlət Sərhəd Xidməti səviyyəsində bu iddianı təkzib edib. DSX-nin rəsmi açıqlamasına görə, hadisə erməni əsgərlərin bir-birini güllələməsi nəticəsində baş verib.
KONKRET.azPublika.az-a istinadən xəbər verir ki, Ermənistan mediasında yayılan məlumatlar da David Vardanyanın yaralanması, daha sonra ölməsinin daxili problemlərdən qaynaqlandığı ehtimallarını gücləndirir.
"Şərəfim var" blokunun deputatı Tiqran Abramyan bildirir ki, sərhəddə erməni əsgərlər çadırda xidmət edirlər: "Xidmət səviyyəsi olduqca aşağıdır. D.Vardanyanla bağlı hadisə bunu bir daha sübut etdi".
"5165" hərəkatının lideri Karin Tonoyan qeyd edir ki, yaralı əsgər ən yaxındakı kənddə yataq çantasında endirilib.
"Təsəvvür edin, əsgər ayağından yaralanmışdı, lakin yol boyu çoxlu qan itirməsi nəticəsində öldü", – K.Tonoyan bildirir.
Bu detallar D.Vardanyanın ölümü ilə bağlı hadisəyə dair müəyyən ip ucları verir.
Birincisi, erməni əsgər ayağından yaralanıb: hadisə Azərbaycan Ordusunun atəşkəsi pozması nəticəsində baş versəydi, daha ölümcül yara alması qaçılmaz olardı;
İkincisi, erməni əsgərin orduda xidmətdən yayınmaq üçün öz ayağından vurduğu versiyası da güclüdür, çünki T.Abramyanın açıqlaması göstərir ki, xidmət şəraiti bərbad vəziyyətdədir: görünür, çadırda xidmət edən və ərzaq təminatı bərbad olan erməni əsgərlər vəziyyətə dözə bilmirlər; D.Vardanyan xilas yolunu ayağından vurmaqda görüb, lakin təxliyəsinin gecikməsi və qan itirməsi nəticəsində ölüb;
Müxtəlif versiyalara yol açan faktlar mövcuddur. Gerçək odur ki, D.Vardanyan Azərbaycan əsgərinin gülləsi ilə yaralanmayıb. Ermənistan hakimiyyəti Brüssel razılaşmasını pozmaq məqsədilə bu hadisədən istifadə edir. Razılaşmaya əsasən, sərhədin delimitasiyası qısa dövrdə başa çatmalıdır. Artıq sərhəd komissiyalarının ilk görüşü baş tutub. Sərhədin öz maraqlarına uyğun delimitasiyasına çalışan İrəvan buna masada nail ola bilmədiyi üçün bu cür hadisələrdən yararlanmağa cəhd edir.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Hadisə       Tarix: 31 may 2022
f Paylaş

Oxşar xəbərlər

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

43 yaşlı qadın boğularaq öldürüldü: qohumu saxlanıldı

Siyəzən rayonunda 43 yaşlı qadın boğularaq öldürülüb. KONKRET.azxəbər verir ki, Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 45 yaşlı Naqil Səmədağa oğlu Ağamalıyev qohumu, 43 yaşlı Xəyalə Muradağa qızı Ağamalıyevanı Siyəzə

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. -ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altınd

İki ay faiz ödədi, üçüncü ay qətl törətdi - Siyəzəndə baş verən qətlin detalları

Siyəzən rayonunda sələmə pul verən qadın qətlə yetirilib. oxuaz-a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında rayonun Böyük Həmyə kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Xəyalə Muradağa qızı Ağamalıyev

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Bakı məktəbində faciə: 7-ci sinif şagirdi…

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.  bildirir ki, -ın əldə etdiyi məlumata görə, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb. Hadisə nəticəsində şagird həyatın

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tər


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler sonxabar az sou xeberler bugun iqtisadiyyat xeberleri bugun