Vasif Talıbovun deputat seçilən oğlu haqda maraqlı məlumatlar - FOTO

Vasif Talıbovun deputat seçilən oğlu haqda maraqlı məlumatlar - FOTO Vasif Talıbovun deputat seçilən oğlu haqda maraqlı məlumatlar - FOTO
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovun deputat seçilməsi Talıbovlar ailəsini yenidən medianın gündəminə gətirib. 
"Yeni Sabah" bildirir ki, bu, S. Talıbovun ilk deputatlığı deyil. O, 2015-ci ildə Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə də deputat olub. 
S. Talıbovla bağlı internet resurslarda kifayət qədər informasiya mövcuddur. O, media üçün qapalı olmayan məmur övladlarındandır və zaman-zaman haqqında KİV-də məlumatlar yayılıb. 
S. Talıbov kifayət qədər gənc olmasına baxmayaraq, elm sahəsində alimlik dərəcəsi alıb. Onun London Universitetində ali təhsil aldığı, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin Beynəlxalq münasibətlər kafedrasında baş müəllim vəzifəsində işlədiyi haqda məlumatlar mövcuddur. 
Oğul Talıbov 2014-cü ildə Ali Attestasiya Komissiyasına hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi təqdim edib. "Regional enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri" adlı elmi işdə Xəzər regionunda enerji təhlükəsizliyi məsələlərindən bəhs olunub. 
S. Talıbov 2017-ci ildə dəbdəbəli toyu ilə gündəmə gəlib. Onun "Buta Palace"da etdiyi toy məclisinə ölkənin tanınmış şəxsləri dəvət alıb. Seymur Naxçıvan MR-nın daxili işlər naziri Fazil Ələkbərovun qızı ilə ailə həyatı qurub. 
2019-cu ilin mayında S. Talıbov Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmovun əmri ilə Federasiyanın vitse-prezidenti təyin edilib. 
Onu da qeyd edək ki, bir neçə ildir mediada S. Talıbovun atasının yerinə - Naxçıvan MR-nın Ali Məclisinin sədri postuna hazırlanması haqda iddialar yayılmaqdadır. Bu xəbərlərdə bildirilir ki, onun son zamanlar ictimai həyatda aktivliyi 9 fevral seçkilərindən sonra AM sədri olacağı ilə bağlıdır. 
İddialara görə, Naxçıvan MR Ali Məclisi sədrinin bu planı rəsmi Bakı tərəfindən bəyənilməsə də, muxtar iradə öz arzusunu həyata keçirməkdə israrlıdır. Seymur Talıbovun Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyasına rəhbərlik etməsi də varis planı ilə əlaqələndirilir. 
20 ildir Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Vasif Talıbovun isə Naxçıvandan Bakıya daha yüksək vəzifəyə gətiriləcəyi də iddialar sırasındadır. 
Vasif Talıbovun deputat seçilən oğlu haqda maraqlı məlumatlar - FOTO Vasif Talıbovun deputat seçilən oğlu haqda maraqlı məlumatlar - FOTO Vasif Talıbovun deputat seçilən oğlu haqda maraqlı məlumatlar - FOTO Vasif Talıbovun deputat seçilən oğlu haqda maraqlı məlumatlar - FOTO

Siyasi       Tarix: 23 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler krimnal xeber bugünkü son xəbərlər xeber.az bu gun