Vəfa-Şəbnəm qalmaqalına onlar da qoşuldu
Bir neçə müddətdir gündəmi zəbt edən Vəfa Şərifova və Şəbnəm Tovuzlu arasında olan qalmaqal daha da alovlanıb.
azxeber.com xəbər verir ki, buna səbəb Şəbnəmin barışıq xəbərlərini təkzib etməsi, aparıcı Tarix Əliyevin onu canlı yayımda ifşa edərək tənqid etməsi olub.
Daha sonra Tovuzlunun prodüseri Şəhanə Ayazqızı açıqlama yayaraq aparıcılara müğənninin adını çəkməyi qadağan edib.
Bundan sonra qalmaqal daha da böyüyüb və aparıcı Zaur Nəbioğlu ilə Tarix Əliyev verilişləri vasitəsilə bir-birinə ultimatum göndəriblər.
Zaur Nəbioğlu "Rəngarəng" verilişinin bu günkü canlı yayımında Tarix Əliyevə səslənərək bunları deyib:
"Tarix Əliyev, sözüm birbaşa sənədir. Eşitdim deyirsən ki, Zaur müğənnilərlə kabinetlərdə oturub qurma qurur, reytinq xatirinə gündəm yaratmaq üçün qalmaqal edir. Birincisi belə bir şey yoxdur, ikinci tərəfdən əgər varsa, sən niyə mənim verilişimdə yaşanan "qurma" dediyin hadisələri öz verilişində işləyib davam etdirirsən? Mənim qurma qurduğumu heç kəs sübut edə bilməz. Amma mən, burada yaşanan qalmaqallı mövzuları məhz müğənnilərin özlərinin verdiyini hər kəsə isbat edə bilərəm. Çünki yazışlamarın hamısı qalıb. Heç bir prodüser televiziyaya qadağa qoya bilməz ki, bu müğənnidən danışma. Qadağanı yalnız televiziyalar qoya bilər".
Xatırladaq ki, ötən gün Tarix Əliyev "Mən sizin üçün Zaur Nəbioğlu deyiləm ki, oturum müğənnilər ilə əvvəlcədən qalmaqal qurum, gündəm olum. Mənim buna ehtiyacım yoxdur" sözlərini demişdi.
Aysel

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür