Vəhdət Partiyasının rayon təşkilatının sədri həbs edildi - FOTO
Azərbaycan Vəhdət Partiyasının (AVP) Abşeron rayon təşkilatının sədri həbs olunub. Təşkilat rəhbəri 10 nəfərə qarşı dələduzluqda ittiham edilir.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Rasim Xudaverdiyev Cinayət Məcəlləsinin dələduzluq ittihamı ilə təqsirli bilinərək həbs edilib. İş üzrə zərərçəkmiş şəxslərin sayı 10 nəfərdir.
İttihama görə, Rasim Xudaverdiyev pul aldığı şəxslərə sosial yardım düzəltmək, işə qəbul etdirmək, həbsdə olan şəxsi azadlığa çıxarmaq və universitetə qəbul etdirmək kimi vədlər verib.
Zərərçəkmiş şəxslərin ifadələrindən məlum olub ki, Rasim Xudaverdiyev onlarla partiyanın Abşeron rayon təşkilatının Xırdalanda yerləşən ofisində görüşüb. O, nüfuzlu şəxslərlə yaxın əlaqələrinin olduğunu, deputatlığa namizədliyini irəli sürdüyünü deyərək zərərçəkmiş şəxslərin etibarını qazanıb.
Cinayət işi materiallarında qeyd edilib ki, Xudaverdiyev müxtəlif vədlərlə vətəndaşlardan 4 000–10 000 manat məbləğlərində pul alaraq onları aldadıb.
Xudaverdiyev ifadəsində özünü qismən təqsirli bildiyini deyib, zərərçəkmiş şəxslərin bəzilərindən aldığı pulları etiraf edib. Digər epizodların isə mülki xarakter daşıdığını bildirib. O, zərərçəkənlərin pulunun bir hissəsini ödədiyini, qalan məbləği ödəməyə maddi imkanının olmadığını deyib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Rasim Xudaverdiyev 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Azərbaycan Vəhdət Partiyasının qurucusu keçmiş deputat Tahir Kərimlidir. Hazırki sədr Adəm İsmayıl Bakuvidir.


Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?