Vəkillər Kollegiyasının nümayəndə heyəti Qazaxıstanda keçirilən VII Beynəlxalq Vəkillər Forumunda iştirak edib

Cari ilin 5-7 oktyabr tarixlərində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Milli Vəkillər Kollegiyasının (QMVK) dəvəti ilə "Qanunun aliliyinə əsaslanan güclü vəkillik peşəsi" adlı VII Qazaxıstan Beynəlxalq Vəkillər Forumunda iştirak etmək üçün Astana şəhərinə rəsmi səfərə gedib.
Səfərdə ARVK-nın sədri A.Bağırovla yanaşı, Rəyasət Heyətinin üzvü Vüqar Babayev və Vəkillərin İntizam Komissiyasının sədr müavini Elxan Quliyev də iştirak edib.
Tədbirin gündəliyinə uyğun olaraq oktyabrın 5-də Forum iştirakçıları üçün rəsmi qəbul təşkil olunub.
Forumun məqsədi vəkillik peşəsini cəmiyyətin mənafeyi naminə tənzimləməklə onların maraqlarına xidmət etmək, habelə dünyanın bir çox ölkəsində aktiv fəaliyyət göstərən vəkil birliklərinin müstəqil, etik, vahid, qurum kimi həmin ölkələrin hüquq sistemlərinin vacib əsaslarından biri olaraq tanıtmaqdır.
Tədbirin növbəti günündə rəsmi açılış mərasimi keçirilib.
Qeyd edək ki, Forumda QMVK-nın sədri Aidyn Bikebayev, Qazaxıstan Respublikası Prezidentinin hüquq məsələləri üzrə köməkçisi Yerzhan Zhienbayev, Qazaxıstan Konstitusiya Məhkəməsinin sədri Elvira Əzimova, Qazaxıstan Ali Məhkəməsinin sədri Aslambek Mergaliev, Qazaxıstan parlamenti Senatının sədr müavini Zhakip Asanov, Qazaxıstan ədliyyə naziri Azamat Yeskaraev, Qazaxıstan Baş prokurorunun birinci müavini Timur Tashimbayev, Qazaxıstan Prezidenti Administrasiyasının, Qazaxıstan parlamentinin, 10-a yaxın ölkənin vəkillər kollegiyalarının rəhbər şəxsləri, habelə beynəlxalq təşkilatların (Hüquqşünasların Beynəlxalq Komissiyası (ICJ), Beynəlxalq Vəkillər Kollegiyası (IBA), Qanundan demokratiyaya doğru Avropa Komissiyası (Venesiya Komissiyası) və Amerika Hüquqşünaslar Assosiasiyası) nümayəndələri iştirak ediblər.
Qonaqları salamlayan ARVK sədri A.Bağırov geniş təqdimatla çıxış edərək, son illərdə Azərbaycan Respublikasında vəkillik institutunun nüfuzunun artırılması istiqamətində aparılan uğurlu islahatlar, islahatlar nəticəsində ARVK-nın maliyyə müstəqilliyinin tam təmin edilməsi, nümayəndəlik institutunun məhdudlaşdırılması, vəkillik institutunun monopoliyası, Kollegiya tərəfindən görülən çoxşaxəli işləri iştirakçıların diqqətinə çatdırıb.
A.Bağırov Azərbaycanla Qazaxıstan arasında tarixi köklərə malik olan və müxtəlif sahələrdə uğurla inkişaf edən dostluq və qardaşlıq münasibətlərinin iki ölkənin vəkillik institutları arasında da inkişaf etdiyini qeyd edib. ARVK sədri tədbir iştirakçılarına Azərbaycanın torpaqlarını işğaldan azad etdiyi, öz ərazi bütövlüyünü bərpa etdiyi, o cümlədən hazırda azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığı və keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılması barədə məlumat verib.
Həmçinin A.Bağırov hər iki ölkənin Vəkillər Kollegiyaları arasında mövcud olan səmərəli əməkdaşlıq üçün başda QMVK-nın sədri Aidyn Bikebayev olmaqla bütün qazax həmkarlarına Azərbaycan Vəkilliyi adından təşəkkür edib. Eyni zamanda A.Bağırov qazaxıstanlı həmkarına QMVK-nın emblemini əks etdirən xatirə xalçası hədiyyə edib.
Daha sonra mövcud əlaqələrin gücləndirilməsi məqsədilə ARVK nümayəndə heyəti ilə beynəlxalq təşkilatların və bir sıra ölkələrin vəkillər kollegiyalarının rəhbərləri arasında müvafiq görüşlər keçirilib, təcrübə mübadiləsi, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.
Sonda tədbir iştirakçıları üçün rəsmi ziyafət təşkil edilib. Ziyafət zamanı ARVK-nın sədri A.Bağırov QMVK Rəyasət Heyətinin qərarı ilə Qazaxıstan vəkilliyinin inkişafındakı müstəsna xidmətlərinə görə xüsusi medalla təltif edilib.
Tədbirin növbəti günü iştirakçılar üçün mədəni proqram təşkil edilib.
Vəkillər Kollegiyasının nümayəndə heyəti Qazaxıstanda keçirilən VII Beynəlxalq Vəkillər Forumunda iştirak edibVəkillər Kollegiyasının nümayəndə heyəti Qazaxıstanda keçirilən VII Beynəlxalq Vəkillər Forumunda iştirak edibVəkillər Kollegiyasının nümayəndə heyəti Qazaxıstanda keçirilən VII Beynəlxalq Vəkillər Forumunda iştirak edibVəkillər Kollegiyasının nümayəndə heyəti Qazaxıstanda keçirilən VII Beynəlxalq Vəkillər Forumunda iştirak edibVəkillər Kollegiyasının nümayəndə heyəti Qazaxıstanda keçirilən VII Beynəlxalq Vəkillər Forumunda iştirak edibVəkillər Kollegiyasının nümayəndə heyəti Qazaxıstanda keçirilən VII Beynəlxalq Vəkillər Forumunda iştirak edibVəkillər Kollegiyasının nümayəndə heyəti Qazaxıstanda keçirilən VII Beynəlxalq Vəkillər Forumunda iştirak edibVəkillər Kollegiyasının nümayəndə heyəti Qazaxıstanda keçirilən VII Beynəlxalq Vəkillər Forumunda iştirak edibVəkillər Kollegiyasının nümayəndə heyəti Qazaxıstanda keçirilən VII Beynəlxalq Vəkillər Forumunda iştirak edibVəkillər Kollegiyasının nümayəndə heyəti Qazaxıstanda keçirilən VII Beynəlxalq Vəkillər Forumunda iştirak edibVəkillər Kollegiyasının nümayəndə heyəti Qazaxıstanda keçirilən VII Beynəlxalq Vəkillər Forumunda iştirak edibVəkillər Kollegiyasının nümayəndə heyəti Qazaxıstanda keçirilən VII Beynəlxalq Vəkillər Forumunda iştirak edibVəkillər Kollegiyasının nümayəndə heyəti Qazaxıstanda keçirilən VII Beynəlxalq Vəkillər Forumunda iştirak edibVəkillər Kollegiyasının nümayəndə heyəti Qazaxıstanda keçirilən VII Beynəlxalq Vəkillər Forumunda iştirak edibVəkillər Kollegiyasının nümayəndə heyəti Qazaxıstanda keçirilən VII Beynəlxalq Vəkillər Forumunda iştirak edib/ azxeber.com

Sosial       Tarix: 11 oktyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


yeni xeberler azerbaycan xeberleri son xeberler enson xeberler son xeberler bu gun xəbərlər.com sonxeber az