Venesuela ABŞ-ın Rusiyadan idxal etdiyi nefti əvəz edə bilmir: Vaşinqton nə edəcək? – "Forbes"-in ŞƏRHİ

Venesuela ABŞ-ın Rusiyadan idxal etdiyi nefti əvəz edə bilmir: Vaşinqton nə edəcək? – ABŞ Rusiyadan hər gün daxil olan 245 000 barel xam nefti necə əvəz edəcəyini düşünür. Bu məsələdə Vaşinqton daha çox Venesuelaya ümid edir. Lakin Venesuela istehsalının əvvəlki səviyyəsinə qayıtması üçün 7 ildən 8 ilədək 250 milyard dollar investisiya lazımdır.
ABŞ-ın yüksək səviyyəli rəsmilərinin həftə sonu Venesuelaya gözlənilməz səfəri hər iki ölkədə cavabsız suallara səbəb olub. Əgər səfər Rusiya neftini əvəz etmək və qazın qiymətini aşağı salmaq məqsədi daşıyırdısa, onda bu görüşün uğur şansı azdır.
Tanınmış venesuelalı iqtisadçı Xose Toro Hardi deyib: "Bu məsələdə Venesuelanın töhfəsi az olacaq. Çünki, bu ölkənin neft sənayesi məhv edilib".
Toro Hardi hesab edir ki, Venesuelanın hasilatını əvvəlki səviyyəyə qaytarmaq (1998-ci ildə ölkə gündə 3,5 milyon barel hasil edirdi) üçün külli miqdarda investisiya və yeddi-səkkiz il tələb olunacaq. İndiki hakimiyyətin bu qədər kapital tapacağı və qısa zamanda neft hasilatını istənilən səviyyədə qaldırması isə heç inandırıcı görünmür.
Prezident Nikolas Maduronun sözlərinə görə, bu gün Venesuela gündə təxminən 1 milyon barel xam neft hasil edir. Lakin OPEC-in məlumatına görə, yanvar ayında hasilat gündə cəmi 668 min barel olub. 2018-ci ilin dekabrında Tramp administrasiyası Maduro rejiminə təzyiq göstərmək üçün Venesueladan idxalı dayandırmazdan bir müddət əvvəl ABŞ Venesueladan gündə təxminən 200 min barel xam neft idxal edirdi.
İndi ABŞ-ın Rusiyadan gündəlik idxal edilən 245 000 barel xam nefti əvəz edəcək ölkəni tapması çox çətindir.
Karakasda keçirilən gözlənilməz son görüş Venesuela və ABŞ-da Maduro rejiminin tərəfdarları və əleyhdarları tərəfindən müxtəlif reaksiyalara səbəb olub. Ukraynadakı xüsusi əməliyyatdan qısa müddət sonra Maduro Rusiyaya dəstəyini ifadə etdi və keçən həftə BMT Baş Assambleyasında Moskva əleyhinə səsvermədə Venesuela bitərəf qaldı.
Bununla belə, şənbə günü ABŞ rəsmiləri ilə görüşdən sonra vitse-prezident Delcy Rodriguez hökumətin Moskvanı dəstəkləmək qərarını bir qədər yumşaldaraq milli televiziyada Rusiya və Ukrayna arasında dialoq çağırışı etdi. Maduro özü də venesuelalıları mübahisəli siyasi məsələləri bir kənara qoymağa çağırdı. O, "Beynəlxalq dialoqun tərəfdarıyıqsa, özümüz nümunə göstərməliyik"-dedi.
Görünən odur ki, hazırda Maduro ölkəyə xarici sərmayələri cəlb etməyə və Bayden administrasiyasının Venesuelaya qarşı 2019-cu ildə tətbiq etdiyi sanksiyaları ləğv etdirməyə çalışır. Yanvarda o, Ekvadorun keçmiş iqtisadiyyat naziri Patrisio Riveranı özünün səlahiyyətli nümayəndəsi təyin edib. Onun missiyası kömək üçün "Wall Street" istiqraz sahiblərinə müraciət etmək və Bayden administrasiyasını sanksiyaları yüngülləşdirməyə inandırmaqdır. Üstəlik, bu, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən də əvvəl  baş verib.
Xatırladaq ki, bu Venesuela üçün ciddi problemdir. Çünki o, Rusiyanın "Rosneft" şirkəti vasitəsilə dünyaya xam neft satır. Gəlir isə dövlət PDVSA (Petróleos de Venezuela) şirkətinə gedir.
Gözlənildiyi kimi, Respublikaçılar Baydenin Karakas təşəbbüsünü tənqid etməyə başladılar. Senator Marko Rubio (R-Fla.) tvitində "Bayden neft aldığımız bir qatil diktatoru digəri ilə əvəz etmək istəyir"-dedi. Rik Skott da danışıqları pisləyərək, onları "alaqəsiz cəfəngiyyat" adlandırdı.
"Forbes", ABŞ. 10 mart 2022.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az

Sosial       Tarix: 11 mart 2022
f Paylaş

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünkü son xəbərlər cəbhədən ən son xəbərlər butun xeberler valyuta mezennesi banklar