Vətən bizim üçün darıxmışdı

Vətən bizim üçün darıxmışdıVətən bizim üçün darıxmışdı
Kubra Məhərrəmova yazır...
17 oktyabr 2020-ci ildə Füzuli düşmənin işğalından azad edildi. 1993-cü il, 23 avqustdan başlayan Füzuli çiləsi bitdi… Can alıb, can verənlərin hesabına, neçə-neçə şəhidlərin, qazilərin canı bahasına, amma bitdi… 
Füzulinin azad olmasından artıq bir ay bir həftə vaxt keçir. 
Cənab Prezindentin tapşırığı ilə noyabrın 18-i dünyanın aparıcı və yerli KİV-ləri üçün Füzulinin işğaldan azad olunan ərazilərində mediatur təşkil edildi. Məqsəd həm özümüzə, həm də "insan haqları" hayqıran Avropa və dünyaya erməni vandalizmini göstərmək idi. 
Yığışıb getdik azad olunan Vətəni görməyə. Heç vaxt görmədiyim Füzulini görmək çox ağrılı oldu. 
Füzulini güllük-gülüstan içində görəcəyimi gözləməsəm də gördüyüm mənzərə ən xəstə, şizofren təxəyyülün məhsulundan daha dəhşətli idi. Bəlkə də cəhənnəm elə belə olur?
Viran qalmış kəndlər, şəhərlər, yol boyu yandırılmış torpaq, dağıdılmış qəbiristanlıqlar, ancaq özülü qalan məscidlər, binalar... Əvəzində ermənilər tərəfindən qurulmuş istehkamlar, vallar, səngərlər üçün qazılıb bağrı dağıdılmış torpaq. Yol boyu viran, xaraba mənzərə daha dəhşətlisi ilə əvəz olunurdu.
Vətən bizim üçün darıxmışdıAmma başını dik tutan bir-iki başdaşı xaraba qalan Vətən də bizi gözləyirdi. Uzaqdan bizi görmək üçün son gücünü toplayıb hələ də ayaqda idi əcdadların başdaşı. Amma biz onları ziyarət edə bilmədik. Çünki bütün qəbiristanlıq ermənilər tərəfindən minalanıb. Bizə əsas asfalt yoldan kənara çıxmaq isə qətiyyən qadağan olundu. Elə uzaqdan nigaran ruhlarına salavat çevirib yenə yolumuza davam etdik.  
Vətən bizim üçün darıxmışdıFüzulinin mərkəzinə gəldik. Daha doğrusu yol kənarında dayandıq, dedilər ki, bura nə vaxtsa mərkəz olub. Daşları belə ermənilər tərəfindən daşınıb aparılmış, viran qoyulmuş bir-iki divar nə vaxtsa burada şəhərin olmasına işarət idi. Nə vaxtsa bu evlərdə yaşamış sakinlər dağıdılmış yurdlarına uzaqdan baxıb köks ötürdülər. Evinin dağılmış divarına belə toxuna bilmədilər. Çünki hər yer ermənilər tərəfindən minalanıb. ANAMA-nın sədri də dedi ki, bütün azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün 10-13 il vaxt lazımdır. Bir neçə gün əvvəl Türkiyənin Müdafiə naziri Hulusi Akar da bildirdi ki, "Türkiyə hərbçiləri azad edilmiş ərazilərin minalardan təmizlənməsinə yardım edəcəklər". Vallah bundan böyük qardaşlıq, birlik olmaz! 
Amma bütün bu dəhşətlərə seksual azlıqlara görə sinəsini qabağa verən QHT-lər, "qrantyeyənlər", insan hüquqları deyəndə ağzına çullu dovşan yerləşməyən Avropa susur. Nə vaxtsa yüz mindən çox əhalisi olan, kəndləri, şəhərləri olan Füzulinin bu gün yox, 27 il ərzində hər gün viran qaldığına, ermənilər tərəfindən dağıdılmasına bu gün də susur. Ermənilər tərəfindən öldürülən mülki əhali üçün heç tükünü tərpətmir. Hanı bəs insan hüququ? Yoxsa biz insanmı deyilik, ey Avropa? 
Amma Avropanın işi-gücü elə biz Azərbaycanladır. Gah deyir ki, nə qədər "Bayraqdarın var?", gah deyir ki, niyə sizdə söz azadlığı yoxdur, gah da deyir ki, Qarabağ niyə Azərbaycanındır ki? Sən demə Avropanın ən ümdə məqsədi elə erməniyə daydaylıq etmək olub. 
Vətən bizim üçün darıxmışdıFüzulini viran vəziyyətdə görəndə bir daha anladım ki, ermənilər heç vaxt bu torpaqları bizə danışıq, sülh yolu ilə geri qaytarası deyildilər. Elə onların havadarları da həmçinin. Düşünürdülər ki, kimdir ki, Azərbaycan, balaca ölkədir də. Noldu Avropa? Balaca ölkə gördünmü nə etdi? Gördünmü balaca ölkənin böyük insanları Ali Baş Komandanın bir kəlmə sözünə hamınıza toy tutdu. Bu dəfə "dağlarda toy" yox, Qafqazda toy oldu! Regionda toy oldu. Azərbaycan mətin və iradəli Ali Baş Komandanın rəhbərliyi altında güclü orduya sahib olduğunu bir daha sübut etdi. Hamınıza sübut etdi. Hələ gör baş verənlər Fransanı necə yandırıbsa, hələ də təpəsindən tüstü çıxır. 
Vətən bizim üçün darıxmışdıBu gün heç bir humanist, "no war"çu mənə ağıl verməsin. Bircə dəfə getsin baxsın Füzuliyə.  Dağıdılmış, viran qalmış torpağıma baxsın, görməsə, gözünə soxmaq mənə borc olsun! 
Bu 27 ildə erməninin bir məqsədi olub, işğal etdiyi əraziləri məhv etmək. Yox etmək, yandırmaq, bizim işarəmizi, izimizi, kökümüzü silmək. 
Füzuli başdan-başa xarabalıqdır. Desəm ki, torpağın küskünlüyünü, hönkürtüsünü eşitdim, mənə inanarsınız? Desəm ki, onu bağrıma basmaq istədim, inanarsınız?  Onun könlünün alınması üçün bilmirəm nə etməliyik? Bilmirəm nə etməliyik ki, o bizi bağışlasın… 
Gördüyüm dəhşəti ifadə etmək üçün nə video, nə foto, nə yazı, heç nə kömək edə bilməz. Oranı gedib görmək lazımdır. Vətənə qoşulub hönkürüb ağlamaq lazımdır. 
Vətən bizim üçün darıxmışdıAra-sıra yol kənarında igidlərimizin əl işi olan külə dönmüş tankları, düşmənin hərbi texnikasını görəndə kefim açılırdı. Kefim açılırdı ki, 27 illik əzabın heyfini bizim igid əsgərlər düşməndən nəyi var çıxıblar. 
Vətən bizim üçün darıxmışdıYol kənarında düşmənlərin hərbi geyimləri var idi. Deyəsən qaçanda çılpaq qaçıblar. Şalvar, köynək, papaqlarını da atıb qaçımışdılar. Silah-sursatları da həmçinin. Həqiqətən də erməninin Azərbaycan torpağında nə işi var ki? Qaçmalıdır da. Çünki bu torpağın yiyəsi 27 il sonra qayıtdı. Qalib, məğrur qayıtdı. 
Bizim evimiz də, yurdumuz da, qəbrimiz də hər zaman Qarabağda olacaq! Bizim kökümüz hər zaman Qarabağda olacaq. Artacaq, böyüyəcək, çoxalacaq! Bizim uşaqlar Qarabağda böyüyəcək və Qarabağı böyüdəcək! Bunu erməni istəsə də, istəməsə də. Bunu Avropa istəsə də, istəməsə də. 
Biz orada olmuşuq, varıq və olacağıq! 
Vətən bizim üçün darıxmışdı, özü dedi… 
Sizi çox yormayım, yazının davamı var...

Sosial       Tarix: 23 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal bugun hava proqnozu son xabarlar son.xeberler