Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edildi - RƏSMİ
Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib.
Bu barədə azxeber.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 15-də paytaxtın Nəsimi rayonu, 3-cü Alatava ərazisində Niyaməddin Muradovun qəsdən öldürülməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin məcəllənin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsinə tövsif olunub.
Cinayəti törətməkdə şübhəli bilinən Bəxtiyar Qarayev qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Bəxtiyar Qarayevin cinayət əməli sübuta yetirilərsə, onu on dörd ildən iyirmi ilədək müddətə, yaxud ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd edək ki, qətlə yetirilən Niyaməddin Muradov Vətən müharibəsi iştirakçısıdır. O, "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR