Vətən müharibəsi qazisi: "Əsas istəyim ailə həyatı qurmaqdır" - FOTO

Vətən müharibəsi qazisi: "Əsas istəyim ailə həyatı qurmaqdır" - FOTOVətən müharibəsi qazisi: "Əsas istəyim ailə həyatı qurmaqdır" - FOTO
21 yaşlı Vüsal Mehdiyev Vətən müharibəsi qazisidir. Ağdaş rayonunun Kükəl kəndindən olan qazi müharibənin ilk günündən torpaqlarımızın azadlığı uğrunda şərəflə döyüşüb. Suqovuşan istiqamətində gedən ağır döyüşlərin birində yaralanaraq bir qolunu itirib. O, torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
"Qafqazinfo" qazi ilə həmsöhbət olub, döyüş xatirələrini dinləyib:
"Könüllü olaraq ordu sıralarına yazılmışdım və müharibə başlayan gündən yaralanana qədər ön cəbhədə döyüşmüşəm. Suqovuşan, Talışkənd, Ağdərə istiqamətində döyüşlərdə iştirak etmişəm. İlk dəfə döyüşə başlayanda bir az həyəcan var idi. İkinci döyüşümüzdə artıq hamısı yaddan çıxmışdı. Düşünürdük ki, əsl məqamdır, ermənilərə yaxşı bir dərs verək, torpaqlarımızı geri qaytaraq". 
V. Mehdiyev Suqovuşandakı döyüşü belə xatırlayır:
"Oktyabrın 1-i döyüşdən çıxmışdıq. Bizə bir az istirahət vermişdilər. Yemək yeyib yenidən döyüşə girəcəkdik ki, mərmi yaxınlığımıza düşdü. Səssiz gəldiyinə görə xəbərimiz olmamışdı, partlayanda xəbər tutduq. Yerə uzanmağa imkan tapmadıq. Bir anlıq hər yer toz-duman oldu. Bir də onu gördüm ki, qolum yoxdur. Yaxınlıqda bir leytenant vardı, qolumu sıxıb bağladı. Sonra iynə vurdular və Naftalana apardılar, əməliyyat olundum. Sonra isə Gəncə hospitalına köçürdülər". 
Qazi deyir ki, döyüşlərdə yaralanan və şəhid olan hərbçi yoldaşları da olub. Döyüş yoldaşını itirmək nə qədər ağır olsa da, onların qisasını aldıqca təskinlik tapıblar:
"Yanımızda qardaşlarımız yaralandılar, şəhid oldular. Hər dəfə düşməni məhv edəndə düşünürdük ki, onların qanı yerdə qalmadı. Düzdür, istəyərdik ki, Şuşanın qaytarılmasında da iştirak edək, amma mənə qismət olmadı. Yenə də şükürlər olsun ki, biz o rayonları geri qaytardıq".
Sağ qolu dirsəkdən yuxarı amputasiya edilən qazi bütün sənədlərini toplayaraq əlillik təyinatı ilə bağlı müraciət etdiyini deyir. Onun sözlərinə görə, hələ pensiya məbləğini almasa da, ona ikinci qrup əlillik təyin olunub. Qazinin gələcəklə bağlı çoxlu arzuları var. Əsas istəyi isə evini düzəltdirmək və ailə həyatı qurmaqdır.  
Vətən müharibəsi qazisi: "Əsas istəyim ailə həyatı qurmaqdır" - FOTOVətən müharibəsi qazisi: "Əsas istəyim ailə həyatı qurmaqdır" - FOTOVətən müharibəsi qazisi: "Əsas istəyim ailə həyatı qurmaqdır" - FOTOVətən müharibəsi qazisi: "Əsas istəyim ailə həyatı qurmaqdır" - FOTO

Sosial       Tarix: 19 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber saytlari axsam az xeberler xeber.az bu gun futbol xeberleri