Vətən müharibəsi qazisi: "Fəxr edirəm ki, Vətən müharibəsində mən də iştirak etdim" - FOTO

Vətən müharibəsi qazisi: "Fəxr edirəm ki, Vətən müharibəsində mən də iştirak etdim" - FOTOVətən müharibəsi qazisi: "Fəxr edirəm ki, Vətən müharibəsində mən də iştirak etdim" - FOTO
44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun zabit və əsgərləri cəsarətlə vuruşaraq erməni qəsbkarlarını məğlubiyyətə uğratdılar. Hünər və qəhrəmanlıqları ilə 28 ildən bəri davam edən işğala son qoydular. Erməni qəsbkarları ordumuzun gücü, qüdrəti qarşısında dayana bilməyərək geri çəkildilər.
Təbii ki, torpaqlarımızı erməni işğalçılarından təmizləyən cəsur zabit və əsgərlərimiz hər cür tərifə, hər cür xoş sözə layiqdirlər.
İkinci Qarabağ savaşında vuruşan, sözün həqiqi mənasında, erməni qəsbkarlarına qan udduran əsgərlərdən biri də İsmayılov Əli Asif oğludur. Əli İsmayılov Saatlı rayonunda dünyaya göz açıb. Orta təhsilini başa vurandan sonra həmyaşıdları kimi ordu sıralarına yollanıb. 2014-2016-cı illərdə cəbhə bölgəsində yerləşən hərbi hissədə xidmət edib.
Əli İsmayılov döyüşlərlə bağlı fikirlərini "Azərbaycan ordusu" qəzetinə danışıb:
"Xidmətə başlayanda bizə təlim keçən zabitlərdən öyrəndim ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov da bu hərbi hissədə xidmət edib. Ölümdən qorxmadan, cəsarətlə, hünərlə erməni qəsbkarlarının üzərinə gedib. Düşmənə qarşı təkbaşına döyüşüb, neçə-neçə yağını məhv edib. İşğalçılara Azərbaycan əsgərinin gücünü, qüdrətini göstərib. Bunu öyrənəndə çox sevindim. Deməli, mən Milli Qəhrəmanımızın xidmət etdiyi hərbi hissədə xidmət edəcəkdim. İl yarım ərzində bir çox silahlardan hədəflərə atəş açmağın sirlərini öyrəndim.
Ordu sıralarından tərxis olunandan bir-iki ay sonra ordumuzun böyük üstünlüyü ilə başa çatan Aprel döyüşləri başlandı. Çox təəssüfləndim ki, mən o döyüşlərin iştirakçısı olmadım. İkinci Qarabağ müharibəsi başlanan kimi döyüşlərdə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinə müraciət etdim. Məni ordu sıralarına çağırdılar. İlk savaşımız uğurlu oldu. Cəbrayıl rayonunun üç kəndini erməni işğalçılarından azad etdik. Onlar güclü əks-hücumlarımız qarşısında dayana bilməyərək geri çəkilirdilər. Zabit və əsgərlərimiz qorxu bilmədən vuruşurdular.
Vətən müharibəsi qazisi: "Fəxr edirəm ki, Vətən müharibəsində mən də iştirak etdim" - FOTODüşmənlə üz-üzə gəlib döyüşəcəyimiz, onları məhv edəcəyimiz günü illərdən bəri idi ki, gözləyirdik. Komandirimiz baş leytenant Qadir Quliyev çox cəsarətli və qorxmaz zabit idi. Daim bizi döyüşlərə, düşmən üzərinə aparırdı. O, Aprel döyüşlərində də iştirak etmişdi. Bu əməliyyatlarda böyük igidlik göstərmiş, düşmənə sarsıdıcı zərbələr endirmişdi. Təəssüflər olsun ki, ayağından yaralanmış, döyüş yolu yarımçıq qalmışdı. Sağaldıqdan sonra o yenə də səngərdəydi, düşmənlə döyüşürdü. Hamıdan öndə vuruşurdu, dəqiq atəş zərbələri ilə erməni qəsbkarlarını məhv edirdi.
Sevinirdim ki, ordumuzun belə cəsur, igid zabitləri var. Oktyabrın 17-nə qədər Cəbrayıl rayonunda vuruşduq. Elə həmin gün bölməmizi Qubadlı rayonuna apardılar. Oralar çox gözəl, səfalı yerlərdi. Həkəri çayını gördüm, hələ suyundan da içdim. Gör, düşmən necə səfalı və gözəl yerlərimizi işğal etmişdi. Biz addım-addım yurdumuzu ermənilərdən azad edirdik. Çox fərəhləndirici və qürurverici günlər yaşayırdıq. Yağılar müqavimət göstərməyə çalışsalar da, biz onları üstələyib geri qovurduq. Hər günümüzü zəfərlə, uğurla başa vururduq. Amma təəssüflər olsun ki, oktyabrın 19-da döyüşün qızğın vaxtında qəsbkarlar bizi minaatanlardan atəşə tutdular. Qəlpələr ayağımdan dəydi, döyüş yolum yarımçıq qaldı.
Buna çox təəssüfləndim, çünki istəyirdim ki, Şuşanın azad edilməsi əməliyyatında iştirak edim. Ona sevinirəm ki, məni arzularıma döyüşçü yoldaşlarım çatdırdı. Onlar erməni qəsbkarlarını Qubadlıdan, Laçından qova-qova Şuşaya daxil oldular. Yağıları buradan da geri oturdub üçrəngli bayrağımızı Şuşada dalğalandırdılar. Ordumuz 44 gün ərzində səngiməyən döyüşlərdə 28 illik işğala son qoydu. Fəxr edirəm ki, bu qələbənin, bu zəfərin qazanılmasında mən də iştirak etdim.
Komandirimiz baş leytenant Qadir Quliyevlə tez-tez zəngləşir, əsgər dostlarımdan xəbər tuturdum. Şükür, həm komandirim, həm də əsgər yoldaşlarım sağ-salamatdılar. Yaralarım yavaş-yavaş sağalır, ağrılarım azalır. Vətən üçün nə vaxt lazım olsam, yenə də döyüşlərə hazıram".
Əsgər Əli İsmayılovun döyüşlərdə göstərdiyi igidlik, qəhrəmanlıq layiqincə qiymətləndirilib. O, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə "Cəsur döyüşçü" və "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülüb. 

Sosial     Baxılıb: 455   Tarix: 13 fevral 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

WhatsApp'da nömrəni gizlətmək mümkün oldu

"WhatsApp" tətbiqində bir sıra yeni dəyişikliklər tətbiq olunub.  xəbər verir ki, son yeniləmələrdə əsas diqqət məhz məxfilik, süni intellekt və istifadə rahatlığına yönəlib. Belə ki, artıq istifadəçilər telefo

Azərbaycanda toyda qan töküldü: 21 yaşlı gənc və qardaşı bıçaqlandı

Göygöldə toyda iki qardaş bıçaqlanıb. APA-ya istimadən məlumatına görə, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb. Toy məclisi zamanı 2005-ci il təvəllüdlü Ş.Atakişili və onun qardaşı bıçaqlanm

Heydər Əliyevlə xanımının yeni - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və ailə üzvləri Bakının Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər. -un məlumatına görə, açılışa dövlə

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı yenilik

Nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması haqqında məlumatın gömrük orqanlarına təqdim edilməsi qaydalarında dəyişiklik edilib.  Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye v

Türkiyədə yaşayan azərbaycanlılar üçün üzücü xəbər

Türkiyə Miqrasiya İdarəsinin qərarına görə, bu ölkədə yaşayış icazəsi almaq üçün dövlət rüsumu (ikamet harcı) kəskin artırılıb. xəbər verir ki, əvvəllər ortalama 3700 TL (85 dollar) olan yaşayış icazəsi indi 1 il üçün təxminə

Bakıdakı sənədsiz evlərlə bağlı acı həqiqət — On minlərlə insan risk altındadır

Daşınmaz əmlak bazarında son illər borc qarşılığında evin və ya torpağın "formal" satışı kütləvi xarakter almağa başlayıb. İlk baxışda borcun qaytarılmasına zəmanət kimi görünən bu addım əslində həm alanı, həm d

Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı

Rusiyanın Kurqan şəhərində Azərbaycan mətbəxi təqdim edən restoran-otel kompleksi satışa çıxarılıb. Müəssisəsinin azərbaycanlı sahibi hazır biznesi 265 milyon rubl dəyərində qiymətləndirib. Elana görə, kompleksə 30 otel otağ

Ucar Təhsil Sektoruna yeni rəhbər təyin olundu

Ucar Təhsil Sektorunda vakant olan müdir vəzifəsinə yeni müvəqqəti rəhbər təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, bu vəzifəyə Məhəmmədov İsmayıl Həsən oğlu gətirilib. O, bundan sonra Ucar Təhsil Sektorunu

Bu şəxslərə qapı açmayın - Qohum olsa belə

Evin qapısı açıq ola bilər, amma ruhun sərhədləri hər kəs üçün deyil. Yaxın bir insanı gözləmək çox vaxt demək olar ki, fiziki səviyyədə hiss olunan sevinc gətirir. Qapı arxasında addım səsləri ürəyin döyüntüsünü sürətləndirir


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər cəbhədən şad xəbər son xeberler bu gun siyaseti xeberler bugun