Vətən müharibəsi şəhidinin ailəsi çətin vəziyyətdə yaşayır - VİDEO
Vətən müharibəsi şəhidi Şamxal Əlizadənin ailəsinin yaşadığı ev yararsız vəziyyətdədir. Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb. Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq.
Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şəhid ailələri və müharibə əlillərinin fərdi ev və ya mənzillə təminatı prosesi sürətlə davam edir:
"Prezidentin 25 yanvar 2021-ci il tarixli Sərəncamının icrası olaraq, 2014-2019-cu illərdə uçota alınmış şəxslərlə bərabər, 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələri və müharibə əlillərinin mənzillə təminatı işləri aparılır.
Vətən müharibəsi şəhidi Şamxal Əlizadənin atası Əvəz Əliyev də mənzillə təmin olunmaq üçün 20.04.2021 tarixində Gədəbəy rayonu üzrə qeydiyyata alınıb. Bu barədə yerli icra hakimiyyəti orqanından Sosial Xidmətlər Agentliyinə daxil olan 26.04.21 tarixli məlumatda qeyd olunub".
Qurumdan bildirilib ki, Ə.Əliyevin sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə növbəlilik qaydasında baxılacaq.
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR