Vətən Müharibəsi şəhidinin yarımçıq qalan evini nazirlik tikəcək - FOTO
Vətən Müharibəsi şəhidinin yarımçıq qalan evini nazirlik tikəcək - FOTO
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən Müharibəsində şəhid olmuş qəhrəmanımızın tikintisi yarımçıq qalmış evinin inşasını başa çatdıracaq".
Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.
O bildirib ki, Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış Qəribov Asif Səxavət oğlunun ailəsinin maddi vəziyyəti, ağır ev şəraiti barədə sosial şəbəkə səhifələrindən birindən məlumat əldə edilib:
"Məlumatla əlaqədar nazirliyin əməkdaşları Şirvan şəhərində yaşayan həmin ailə ilə görüşdülər. Şəhidimizin ailəsi üç nəfərdən (anası Qəribova Mərmər Qərib qızından və azyaşlı bacı və qardaşından) ibarətdir.
Vətən Müharibəsinə getməzdən öncə Asif işləyərək, ailəsi üçün ev tikdirirmiş. Nazirlik Vətən Müharibəsində şəhid olmuş qəhrəmanımızın tikintisi yarımçıq qalmış evinin inşasını sosial tərəfdaşlarla birgə başa çatdıracaq".
"Hazırda ailəyə ailə başçısını itirməyə görə müavinət və ünvanlı sosial yardım formasında sosial ödənişlər (ümumilikdə aylıq 445 manat) verilir. Zəruri sənədləşmədən sonra onlara Prezidentin aylıq təqaüdü (300 manat) də təyin olunacaq.
Eyni zamanda, özünüməşğulluq proqramı çərçivəsində şəhidin anası M.Qəribova üçün kiçik müəssisə yaradılması da qərara alınıb", - deyə F.Talıbov əlavə edib.




Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR