Vətən Müharibəsində ayağını itirən qazimiz: "Əsir düşmək əvəzinə özünü məhv etmək tapşırılmışdı bizə" - FOTO

Vətən Müharibəsində ayağını itirən qazimiz: "Əsir düşmək əvəzinə özünü məhv etmək tapşırılmışdı bizə" - FOTOVətən Müharibəsində ayağını itirən qazimiz: "Əsir düşmək əvəzinə özünü məhv etmək tapşırılmışdı bizə" - FOTO
İsmayıllı rayonunun Aşağı baş kəndinin sakini, 1997-ci il təvəllüdlü Kərimli Kənan İrəvan oğlu cəbhədən qazi olaraq evə dünüb. 
Report xəbər verir ki, 23 yaşlı gənc bu ilin mayında həqiqi hərbi xidmətə çağırılıb.
Hərbi xidmət zamanı rabitəçi kimi kurs keçib.
Vətən Müharibəsi başlayan zaman Kənan da könüllü olaraq döyüş bölgəsinə gedib.
Füzuli rayonu istiqamətində gedən döyüşlərində canlı rabitəçi kimi xidmətini davam etdirib (məxfi məlumatları daşıyan rabitəçi - red). Kənan məxfi məlumatları özü ilə digər taborlara aparan zaman düşmən snayperlə onu atəşə tutub.
Atəşdən yayınan Kənan və beş hərbçi yoldaşına qarşı düşmən minaatanlarda istifadə edir. İlk atəş zamanı yüngül xəsarət alan hərbçilər, ikinci atəşdə ağır yaralanırlar.
Nəticədə, o, sağ ayağını itirir, bədənində çoxlu sayda qəlpə yaraları alır. Əsgərin yaralı olduğunu görən tabor komandiri, kapitan Zamir Zülfüqarov özünü Kənanın üzərinə ataraq onu üçüncü mərmidən xilas edib və hərbi hospitala çatdırıb.
Qəlpələrdən biri əsgərimizin ağ ciyərinin yuxarı hissəsini deşib keçərək daxili orqanında qalib. Kürəyində isə üç qəlpə daxili əzələlərdə qalıb.
Qazimiz deyir ki, xidmət etdiyi taborun adı "canlı rabitəçilər" idi:
"Çünki müharibənin gedişatı bizim vaxtında çatdırdığımız məxfi məlumatlardan asılı idi. Elə bu səbəbdən düşmən bizi izləyərək canlı ələ keçirmək istəyirdi. Bizdə olan məxfi məlumatları öyrənmək əsas məqsədləri idi. Lakin bizə verilən tapşırığa əsasən, məlumatlar vaxtında deyilən məntəqəyə çatdırılmalı idi.
Düşmənə əsir düşmək əvəzinə özünü məhv etmək tapşırılmışdı bizə. Bu gün mən sağ ayağımı itirməyimə baxmayaraq, bədənimdə çoxlu sayda qəlpələr olsa belə, yenə də sağ qalmağıma görə tabor komandirim, kapitan Zamir Zülfüqarova borcluyam".
Qazimizin atası Kərimli İrəvan deyir ki, İkinci Qarabağ müharibəsində iştirak etdiyinə və qazi olduğuna görə oğlu ilə qürur duyur.
Kərimli Kənanını anası Gülnarə xanım bildirib ki, övladını Vətənə xidmət etmək üçün böyüdüb: "Şükürlər olsun ki, oğlum döyüşlərdə iştirak edərək qazi adına ucalıb.
Oğlumla hər dəfə danışanda o mənə hər şeyin yaxşı olduğunu bildirirdi və məndə bir ana kimi hər an nə olacağına hazır idim, bu bir müharibədir və müharibədə şəhid olmaqda var, qazi olmaqda. Bu gün oğlum qazi olduğuna görə qürur duyuram".
Qeyd edək ki, qazimizi ziyarət etmək üçün rayondan yüzlərlə sakin onun evinə gəlir.
Vətən Müharibəsində ayağını itirən qazimiz: "Əsir düşmək əvəzinə özünü məhv etmək tapşırılmışdı bizə" - FOTOVətən Müharibəsində ayağını itirən qazimiz: "Əsir düşmək əvəzinə özünü məhv etmək tapşırılmışdı bizə" - FOTOVətən Müharibəsində ayağını itirən qazimiz: "Əsir düşmək əvəzinə özünü məhv etmək tapşırılmışdı bizə" - FOTOVətən Müharibəsində ayağını itirən qazimiz: "Əsir düşmək əvəzinə özünü məhv etmək tapşırılmışdı bizə" - FOTOVətən Müharibəsində ayağını itirən qazimiz: "Əsir düşmək əvəzinə özünü məhv etmək tapşırılmışdı bizə" - FOTO

Sosial       Tarix: 29 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun cəbhədən son görüntülər bu gunun xeberleri haqqinda melumat ən son xəbər