Vətən müharibəsinin xüsusi təyinatlısı: "35 nəfərlik heyətlə 600-dən çox ermənini məhv etdik" - MÜSAHİBƏ+VİDEO

Vətən müharibəsinin xüsusi təyinatlısı: "35 nəfərlik heyətlə 600-dən çox ermənini məhv etdik" - MÜSAHİBƏ+VİDEOVətən müharibəsinin xüsusi təyinatlısı: "35 nəfərlik heyətlə 600-dən çox ermənini məhv etdik" - MÜSAHİBƏ+VİDEO
44 günlük Vətən müharibəsinin könüllüləri də artıq yavaş-yavaş evlərinə qayıdır. Onlardan biri də Vüsal Ağazadədir.
29 yaşlı Vüsal Suqovuşanın azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edib.
Vətən müharibəsinin xüsusi təyinatlısı: "35 nəfərlik heyətlə 600-dən çox ermənini məhv etdik" - MÜSAHİBƏ+VİDEOEvin tək oğlu olan Vüsal təlimlərdən sonra Xüsusi Təyinatlı qruplara seçilənlərdən biri olaraq döyüşə qoşulur. Arzusu vətən uğrunda döyüşüb şəhid olmaq olur.
Döyüşlər zamanı mühasirəyə düşür. Əsir düşməkdənsə özünü təpənin başına çatdıraraq güllə qabağına verib, şəhid olmağı gözləyir... Daha sonra baş verənləri isə Vüsal Ağazadənin öz dilindən eşidək.
Oxu.Az Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) döyüşçüsü 29 yaşlı Vüsal Ağazadə ilə müsahibəni təqdim edir:
- Döyüşlərə qatılmaq üçün neçə dəfə müraciət etdiniz?
Vətən müharibəsinin xüsusi təyinatlısı: "35 nəfərlik heyətlə 600-dən çox ermənini məhv etdik" - MÜSAHİBƏ+VİDEO- Mən bir neçə dəfə müraciət etdim. Amma məni çağırmadılar. Bir neçə dəfə israrla zəng edib maraqlandıqdan sonra, nəhayət üçüncü cəhddən sonra çağırıldım. Bəlkə də onda da çağırılmayacaqdım. Təsadüfən çağırışçılar arasında dostum da var idi. Elə onu yola salan zaman özümü onlara xatırlatdım və elə dostumla birgə də cəbhəyə yollandım.
- 90 nəfərin içərisində seçilənlərdən olmusunuz.
- Biz döyüşə yollanmazdan qabaq təlimlərdə olduq. Təlimləri uğurla başa vuranlar Xüsusi Təyinatlıların dəstəsinə qoşularaq irəli gedəcəkdi. Mən döyüşlərə irəlidə getmək üçün gəlmişdim. Elə oldu ki, təlim tapşırıqlarını layiqincə başa vurduğum üçün seçildim və Ağdərə istiqamətinə göndərilən qrupa qoşuldum.
Vətən müharibəsinin xüsusi təyinatlısı: "35 nəfərlik heyətlə 600-dən çox ermənini məhv etdik" - MÜSAHİBƏ+VİDEOHər kəs maşına minəndə adları çəkildi, amma mənim adımı çəkmədilər. Soruşdum ki, bəs mən? Dedilər yox, sən qal, onlar getsin. Adım çıxmasa da mübahisə edib maşına mindim və getdim. Maşın bizi müəyyən məsafəyə qədər apardı. Daha sonra doqquz saat piyada yol getdik. Sonda qızğın döyüşlər başladı.
-Döyüş nə qədər davam etdi?
Vətən müharibəsinin xüsusi təyinatlısı: "35 nəfərlik heyətlə 600-dən çox ermənini məhv etdik" - MÜSAHİBƏ+VİDEO-Bir sutkadan artıq döyüşlər getdi. Bizim heyət sayca az olsa da onları darmadağın etdik. Düşmənin heç ağlına da gəlməzdi ki, üzvləri çox olmayan bir qrup xüsusi təyinatlı onların 600-dən çox şəxsi heyətini məhv edər. Bizdən elə qorxurdular ki, onlara elə gəlirdi ki, qarşılarında bir ordu var. Əslində isə biz 35 nəfər şəxsi heyətlə onların iki min nəfərlik heyətinin yarısını məhv etdik.
Düşmən çox itki verdiyi üçün qorxub geri çəkilməyə başladı. Bir müddət sonra isə ağ bayraq qaldırdılar. 

Könül Cəfərli

Sosial       Tarix: 01 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

Pirşağıda dənizdə batan qadın müəllim imiş

Dünən saat 17 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində dənizdə batan qadın müəllim imiş. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dənizdə boğularaq ölən Zabrat qəsəbə sakini 1984-cü il təvəllüdlü Raisə Şükü

Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?

ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb

Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı

Dünyanın aparıcı banklarından olan "HSBC" ABŞ dollarının qarşıdakı dövrdə daha da bahalaşa biləcəyi barədə xəbərdarlıq edib. Bankın analitikləri hesab edirlər ki, ABŞ Mərkəzi Bankı (FED) sərt pul-kredit siyasətin

Kondisionerin gizli riskləri: Həkimlər nələrə diqqət etməyi tövsiyə edir?

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə xeyli artır. Mütəxəssislər bildirirlər ki, kondisionerin özü xəstəlik yaratmır, lakin ondan düzgün istifadə edilmədikdə və cihazın texniki baxımı vaxtınd

Bunlar saç tökülməsini artırır - Həkim səbəbləri açıqladı

Son illərdə saç tökülməsi ilə bağlı şikayətlərin artması təsadüfi deyil. Mütəxəssislər bildirirlər ki, bu problemin geniş yayılmasının əsas səbəbi bir neçə mənfi amilin eyni vaxtda orqanizmə təsir göstərməsidir. Dermatoloq-trixoloq

Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - Açıqlama

Rusiyada bəzi bölgələrdə benzinin əlçatanlığında yaranan çətinliklər enerji bazarında yeni müzakirələrə səbəb olub. Bu vəziyyət avtomobil sektorunda alternativ enerji mənbələrinə marağın artması ehtimalını yenidən gündəm

Qızılın son qiyməti açıqlandı

Dünya birjalarında qızılın qiyməti yüksək səviyyələrdə qərarlaşmaqda davam edir. Qlobal bazarlardakı bu bahalaşma tendensiyası Azərbaycanın yerli zərgərlik bazarındakı qiymətlərə də öz təsirini göstərib. yenisabah-a istinadə

Azərbaycanda bu valyuta bahalaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. -ın məlumatına görə, iyulun 1-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi isə 0,0364 manat təşkil edib. Öz növbəsində, Rusiyanı

Bakıdan Avropanın bu şəhərinə birbaşa uçuşlar başlayır - Cəmi 43 dollara

"Wizz Air" Bakıdan Slovakiyanın paytaxtı Bratislavaya birbaşa uçuşlara başlayır. -un Operativ Media-ya istinadən məlumatına görə, yeni istiqamət üzrə birbaşa reyslər cari ilin oktyabr ayından etibarən həyata keçirilməy


azerbaycan xeberleri son xeberler yeni xeberler zelzele xeber saytlari xeber.az cəbhədən son xeber