Vətəndaşlar dərman vasitələrini daha ucuz əldə edəcək

Vətəndaşlar dərman vasitələrini daha ucuz əldə edəcəkPrezident İlham Əliyevin 15 avqust 2023-cü il tarixli Fərmanı ilə "Dərman vasitələri haqqında" qanuna dəyişikliyin bu sahədə olan çatışmazlıqları aradan qaldıracağına əminəm. Məlum məsələdir ki, əvvəllər dərman vasitələrinə vahid qiymət tətbiq olunurdu. Yeni qərardan sonra dərman vasitələri üçün təsdiq olunmuş satış qiymətləri yuxarı hədd hesab olunacaq və bu qiymətdən ucuza da satıla biləcək. Bununla da əczaçılıq standartlardan uzaqlaşıb rəqabətliliyə meyl edəcək. İstər istəməz bu rəqabətlilik vətəndaşların dərman vasitələrini daha ucuz əldə etməyinə şərait yaradacaq.
Bunu Trend-ə Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
O bildirib ki, digər vacib bir məsələ isə dərmanların qeydiyyatdan keçirilməsi prosesi idi.
"Əvvəl bir dərman qeydiyyatdan keçməsi üçün 9 aya yaxın bir müddət tələb olunurdu. Artıq bu qanunla bu müddətin 4 aya endirilməsi də vətəndaşlar üçün dərman preparatlarını əlçatan edəcək. Azərbaycan bu sahədə daha çox idxaldan asılıdır. Buna görə də həm standart qeydiyyat prosesinin , həm də xarici qeydiyyatın müddətinin azaldılmasına ehtiyac var idi", - deyə deputat bildirib.
O əlavə edib ki, sadələşdirmə ölkəmizə dərman idxalını stimullaşdıracaq və əhalininin dərman təchizatını yaxşılaşdıracaq. "İdxaldan asılı olan bir ölkə üçün xarici ölkədə istehsalı dayandırılmış dərmanı eyni tərkibli başqa birisi ilə əvəz etmək 9 aya başa gəlməsi insanları həqiqətən çətin vəziyyətə salırdı. Düşünürəm ki, fərmanda nəzərdə tutulmuş elektron reseptin yazılması artıq əhaliyə təyin olunan dərman vasitələrinə nəzarətin gücləndirilməsinə və bioloji fəallığa malik qida əlavələrinin reseptə yazılmasının qarşısının alınmasına müsbət təsir göstərəcəkdir. Beləliklə vətəndaşlara ancaq xəstəliklərinin müalicəsi üçün lazım olan dərman vasitələri yazıla biləcək, yəni əlavə, xəstəlik göstərişlərinə uyğun olmayan dərmanlar yazılmayacaq. Güman edirəm ki, fərmandan irəli gələn bütün məsələlərin həllinə adiyyatı qurumlar lazımınca diqqət ayıracaq, çünki vətəndaşların sağlamlığı dövlətimiz üçün ən ümmdə olan məsələlərdəndir", - deyə deputat əlavə edib. / azxeber.com

Sosial       Tarix: 19 sentyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeberler cəbhədən son vəziyyət sou xeberler bugun ən son xeberler