Vətəndaşlar zədələnmiş və cırılmış pulları nə etməlidir? - Mərkəzi Bankdan AÇIQLAMA

Vətəndaşlar zədələnmiş və cırılmış pulları nə etməlidir? - Mərkəzi Bankdan AÇIQLAMAUzun müddət istifadə olunduğu üçün köhnəlmiş, azacıq cırılıb zədələnmiş əskinaslar tez-tez problemə səbəb olur. Alış-veriş münasibətləri zamanı onların qarşı tərəfdən qəbul edilməməsi, dəyişdirilməsinin istənilməsi rast gəldiyimiz mənzərədir. Problem təkcə insanlarla bağlı deyil. Pul qəbul edən ödəmə terminalları da eynilə problem yaradır. Əksər terminallar bu cür pulları qəbul etmir. Bəs elə olan halda vətəndaş nə etməlidir? Pulları dəyişdirməli, yaxud, israrla kiməsə ötürməyə çalışmalıdır?
KONKRET.az xəbər verir ki, "Report"a Azərbaycan Mərkəzi Bankının Nağd pul departamentinin direktoru Elşən Mahmudov bildirib ki, əgər pul nişanı həqiqidirsə, tədavülə yararlıdırsa, dəyərini Mərkəzi Bank ödəyir.
"Pul nişanı tədavülə yararsızdırsa, zədələnmişdirsə, qanuna müvafiq olaraq bütöv bir hissədən ibarət səthinin 60 %-dən çox hissəsini saxlamış, eyni zamanda eyni pul nişanlarına məxsus hissələrindən ibarət səthinin 100 %-ini saxlamış həqiqi pul nişanlarının dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz şəkildə ödənilir", – E. Mahmudov deyir.
O qeyd edib ki, pul nişanlarının həqiqiliyinin müəyyənləşdirilməsində hər hansı çətinlik yaranarsa, Mərkəzi Bankda ekspertizadan keçməsi üçün vətəndaşlardan xüsusi akt əsasında qəbul edilir: "Ekspertizanın nəticəsi vətəndaşa bildirilir".
E.Mahmudov regionlarda bu hallarla rastlaşan vətəndaşların nə etməli olduğunu da açıqlayıb:
"Kommersiya bankları ilə yanaşı, Mərkəzi Bank pul nişanlarının dəyişdirilməsini Bakı şəhəri və regional mərkəzlərdə yerləşən ofislər vasitəsilə də həyata keçirir. Belə ki, həm Bakı şəhərində, həm də Mərkəzi Bankın Naxçıvan, Gəncə, Yevlax, Biləsuvar, Quba şəhərlərində yerləşən nağd pul ofisləri vasitəsilə əhalinin pul nişanlarının dəyişdirilməsi, ekspertizaya qəbulu, eyni zamanda əhalinin maarifləndirilməsi kimi xidmətlər də təqdim edilir".
Bank üzrə mütəxəssis Tural Əliyev deyir ki, tədavülə yararsız pul nişanı dedikdə, üzərində istənilən ölçüdə kəsik, çatışmayan hissə, vizual olaraq gözə çarpan dərəcədə çirklənmiş, yazı və ya ləkə olduğu halda, rəngini, parlaqlığını və şaxlığını itirmiş, yapışqan lentlə, eləcə də digər yapışdırıcı vasitələrlə birləşdirilmiş kağız pullar, həmçinin ön və ya arxa tərəfində kimyəvi təsir nəticəsində rəngini dəyişmiş, çirklənmiş və ya korroziyaya məruz qalmış, fiziki deformasiyaya məruz qalmış (əzilmə, deşilmə və s.), hissələrə ayrılmış və ya hər hansı bir hissəsi itirilmiş, lakin nominalı aydın görünən yanmış, cilalanmış və ya hər hansı kənar təsir nəticəsində vizual görünüşünü itirmiş, lakin nominalı aydın görünən metal pullar nəzərdə tutulur.
Ekspert bildirib ki, vətəndaşlar bankomatlardan əldə etdikləri yararsız pul nişanlarını həmin bankomatın məxsus olduğu banka təqdim edə bilərlər.
"Həmçinin Azərbaycan Mərkəzi Bankı tədavüldə təmiz pul siyasətinin həyata keçirilməsinin təmini məqsədilə Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında əhaliyə yararsız pul nişanlarının dəyişdirilməsi xidməti üzrə yeni "Nağd pul ofisi"ni yaradıb. Vətəndaşlar əllərində olan yararsız pul nişanlarını həftənin 2-ci və 4-cü günləri saat 10:00-dan 13:00-dək qeyd edilən "Nağd pul ofisi"nə yaxınlaşaraq milli pul nişanlarını ekspertizaya təqdim edə və zədələnmiş pulları dəyişdirə bilər", – deyən ekspert onu da əlavə edib ki, Mərkəzi Bankda ekspertiza nəticəsində pulun həqiqi olması və nominal dəyərinin ödənilməsi müəyyən edildikdə pulun dəyəri Mərkəzi Bank tərəfindən təqdim edən şəxsə ödənilir.

Sosial       Tarix: 14 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal bugun kriminal xeber son xəbərlər bugün 2026 kriminal