Vətənə davam edən xəyanət" - İki xəyanətkarın oxşarlığı

Vətənə davam edən xəyanətƏfsələddin Ağalarov yazır...
Bütün xəyanətlərin tarixi dərin köklərə dayanır.
Amma bəzən bir xəyanətin tarixini araşdırmaq, görmək və anlamaq üçün çox dərinə baxmaq lazım deyil.
Məsələn, oğlu kimi sevdiyi Brut tərəfindən öldürülən Sezar üçün xəyanət ölüm anında bir cümlə ilə ifadə edilmişdi.
Bu cümlə bütün dövrlərdə vətənə xəyanətin də başlığı sayıla bilər.
"Et tu, Brute?" – "Sən də mi, Brut?"
Sezarın son cümləsi məhz belə idi.
Və ya "Jöntürklər"…
Qədim Osmanlıda vətənə xəyanət edənlərin birləşdiyi bir hərəkat idi.
Vətəndən qaçanlar xaricə gedən kimi "Jöntürklər"ə qoşulur, digər imperiyaların xüsusi xidmət orqanları ilə Osmanlıya qarşı əməkdaşlıq edirdilər.
Tarixin boz səhifələrinə həkk olunmuş həqiqətdir. Həmin "Jöntürklər"in bəziləri Osmanlının süqutundan sonra öz xəyanət epoxalarını kitab halında çap etdirir və külli ixtiyarı ilə necə peşman olduqlarını yazırdılar.
***
Bu gün dünyada baş verən geosiyasi hadisələr fonunda konyunkturaya diqqət etməkdə fayda var.
Müstəqil siyasətin bədəli olaraq, hər zaman dik və qamətli duruş nümayiş etdirən Azərbaycana yönələn təhdidlərin ardı-arası kəsilmir.
Bu təhdidlər arasında "vətənə xəyanət" yolunu seçənləri ortaya atmaq, əlbəttə ki, ilk seçim hesab edilir.
***
Ötən günlərdə Prezidentin köməkçisi Hikmət Hacıyevin "Vətənə xəyanət davam edir?" sualı məhz bir çox dairələrin məkirli planlarına vurulan ən böyük zərbə idi.
Vətənə davam edən xəyanətPrezidentin köməkçisinin "bundan sonra 5 dəfə artıq tənqid edin" deyib opponenti qarşısında göstərdiyi həqiqi duruş bir nümunədir. 
"Azərbaycanda peşəkar medianı izləyirəm" deyən H. Hacıyevın "klaviatura qəhrəman"ına yerini göstərməsi və "qəhrəman"ın donuq baxışlarda yerində sayması hər şeyi izah edir. Çünki Tural Sadıqlı bu günə kimi bir dəfə də olsun öz əməllərinin cavabını almamışdı. Bu dəfə bütün məntiqli fəaliyyətinin - Vətənə xəyanəti üzünə çırpıldı. 
***
Vətən var, onu sevənlər var və təəssüf ki, xəyanət simasızlığı ilə onu məhv etməyə çalışanlar da var.
Onlardan Tural Sadıqlılar, Emin Hüseynovlar daha qabarıq görünsə də, bu adların kölgəsində Azərbaycan əleyhinə kompramatlar yığan bir sıra xüsusi xidmət orqanlarının barmaq izləri açıq-aydın görünür.
Belə olmasaydı, Birinci vitse-prezident Mehriban Əliyevanın Emin Hüseynova "Qadın paltarında gizlənən siz idiniz?" sualı bu xəyanət qrupunun ürəyinə qorxu salmazdı.
 

Və ya belə olmasaydı, Tural Sadıqlı təcrübəli diplomat və dövlət xadimi Hikmət Hacıyevin sualları qarşısında ağzına su alıb durmazdı.
İndi tarixdəki xəyanətkarlardan fərqli olaraq, müasir xəyanətkarların siması dəyişib. Daha arsız, daha simasız yolu seçiblər.
Düzdür, tarixdə Brutun, "Jöntürklər"in adı xəyanətkar kimi qalıb. Onların xəyanətində belə bir ağırlıq olub. Amma Avropa ölkələrinin xüsusi xidmət orqanlarının qapısına qədər giriş imkanı olan Tural Sadıqlıların, Emin Hüseynovların adları nəinki tarixdə, yaxın gələcəkdə belə qalmayacaq.
"Vətənə xəyanət" yolunu seçənlərin sonu hər zaman hüsrandır. / azxeber.com

Siyasi       Tarix: 29 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld


yeni xeberler son xeberler azerbaycan xeberleri xabar az son xeberler az xəbər az bugünki xəbərlər