Vilayət Eyvazov DİN-in qadın əməkdaşlarını təbrik etdi

Vilayət Eyvazov DİN-in qadın əməkdaşlarını təbrik etdiAzərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN) qadın əməkdaşlarını və hərbi qulluqçularını təbrik edib.
azxeber.com DİN-in feysbuk səhifəsinə istinadla xəbər verir ki, təbrik müraciətində zəngin mədəni dəyərlərimizin qorunub saxlanılmasında müstəsna xidmətlər göstərmiş Azərbaycan qadınının həmişə saflığı və sədaqəti ilə seçildiyi, cəmiyyətimizin və hər bir ailənin etibarlı mənəvi dayağı olduğu vurğulanıb.
Qeyd olunub ki, bu gün də ölkəmizin ictimai həyatında mühüm rol oynayan və dövlət quruculuğunda fəal iştirak edən qadınlar öz gücünü, enerjisini müstəqil Azərbaycanın qüdrətlənməsinə və davamlı inkişafına sərf edir, eyni zamanda, vətənpərvər, torpağını, yurdunu sevən mübariz gənc nəslin yetişməsinə müstəsna töhfələr verirlər.
Qurub-yaratmaq əzmi tükənməyən Azərbaycan qadınının cəmiyyətimizin həyatında səyləri, mədəniyyətlərarası dialoqun formalaşdırılmasında misilsiz xidmətləri respublikamızın hüdudlarından kənarda da yüksək qiymətləndirilir.
"Daxili işlər orqanlarında və Daxili Qoşunlarda çalışan qadınların da öz məsul və şərəfli vəzifələrini layiqincə yerinə yetirdiklərini, böyük məmnunluqla qeyd edərək, bu əlamətdar gündə hamınıza möhkəm cansağlığı, ailə səadəti və xoşbəxtlik, xidmətdə uğurlar arzulayıram", - deyə general-polkovnik Vilayət Eyvazovun təbrik müraciətində bildirilib.

Sosial       Tarix: 09 mart 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber saytlari sonxeber bugünkü son xəbərlər son xeber 2026