Vilyam Hacıyevin işi yenidən Ali Məhkəmədə
İmişlinin məhkum edilmiş sabiq icra başçısı Vilyam Hacıyev kassasiya şikayəti verib.
"Qafqazinfo" xəbər verir ki, Vilyam Hacıyev ittihamlarla razılaşmadığından yüksək instansiya məhkəməsindən bəraət qərarı çıxarılmasını xahiş edir.
İş Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.
Bundan əvvəl V.Hacıyevin ailə üzvləri müsadirə edilmiş əmlaklarla bağlı Ali Məhkəməyə müraciət edib. Məhkəmə müsadirə qərarını qanunauyğun hesab edərək qüvvədə saxlayıb.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma və vəzifə saxtakarlığında təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, onun yaxınlarının adına rəsmiləşdirilmiş 5 milyon manat dəyərində əmlak da müsadirə edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi