Vlada Axundovanın ölümünə səbəb olan sürücü ilə bağlı qərar
Ötən il Səbail rayonu Bayıl qəsəbəsində tanınmış müğənni Vlada Axundovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
azxeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, V.Axundovanın olduğu taksiyə çırpılan "Hyundai" markalı avtomobilin sürücüsü 2002-ci il təvəllüdlü Seyfulla Mehdizadəyə hökm oxunub.
Səbail Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsili bilib. Təqsirləndirilən şəxsə 3 il azadlıqdan məhrumetmə cəzası verilib. O, cəzasını məntəqə tipli müəssisədə çəkməlidir.
Qeyd edək ki, hadisə 2025-ci il oktyabrın 30-da V.Axundova "Toyota" markalı taksidən düşərkən baş verib. Bu zaman S.Mehdizadənin idarə etdiyi avtomobil arxadan həmin maşına çırpılıb. Zərbədən 1987-ci il təvəllüdlü sənətçi vəfat edib.
Məhkəmədə zərərçəkən şəxsin hüquqi varisi 24 yaşlı sürücünü bağışladığını bildirib.

"Sabah" "Zirə"ni darmadağın etdi
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Zelenski Rusiyanın zərbələrinə cavab hazırladıqlarını açıqladı
Zelenskinin ofisində axtarış aparıldı
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
İlham Əliyev: Cənubi Qafqaz sülh zonasına çevrilir
iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi
Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ
Neymar 6 həftə oynamayacaq
Daha bir cüdoçumuz Avropa çempionu oldu
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib