Vladimir Jirinovski niyə məhz indi danışır? - Təsadüf, yoxsa

Vladimir Jirinovski niyə məhz indi danışır? - Təsadüf, yoxsaRusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin "Komsomolskaya Pravda" radiosunun "İtoqi s Jirinovskim" proqramının 30 iyul tarixli buraxılışında Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin əleyhinə səsləndirdiyi qərəzli və hədə-qorxu pafoslu fikirləri günün müzakirədə olan əsas mövzusudur.
Nəzərə almaq lazımdır ki, Jirinovski həmişə ən həssas məqamlarda Azərbaycan haqqında fikirlər səsləndirib. İndiki situasiyada həssaslıq nədədir?
Görünür, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi Rusiyada dərin narahatlıq yaradır.
Digər tərəfdən, Azərbaycan və Türkiyə arasındakı münasibətlərin qarşısıalınmaz şəkildə inkişaf etməsi rəsmi Moskvanın ölkəmizlə bağlı gələcək "planlarını" da sual altına qoyur.
Həmçinin, Azərbaycanın xarici siyasətinin hesablanmış və dəqiq konturları Rusiyanın regiondakı təsir imkanlarını da azaldır. Jirinovskinin hədəfi sırf Azərbaycan dövlət başçısıdır və o, Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyevi xüsusi göstərişlə hədəf seçib. Ona görə də, Jirinovskinin fikirləri tam ciddiyətlə dərin araşdırılmalıdır. Avqustun 1-də Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyaya nota verməsi də məsələnin ciddiyətindən xəbər verir. Ən maraqlısı budur ki, Rusiya Azərbaycanın ən çox not verdiyi ölkədir.
HAŞİYƏ: Jirinovski bütün fəaliyyəti boyu türk dövlətlərinə (xüsusilə də, Türkiyə və Azərbaycan) qarşı böyük proseslərin əsas iştirakçılarından olub. Onun türkoloq olması, şərq ölkələrinin, türk xalqlarının dilini, adət-ənənənsini bilməsi də təsadüfi deyil. O, bəzi müsəlman dövlətlərinin rəhbərləri ilə də dostluq münasibətləri qura bilmişdi. Bütün bunlar Rusiya hərbi kəşfiyyat idarəsinin zabiti kimi Jirinovskinin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.
Jirinovskinin Rusiya siyasi elitasındakı mövqeyi bizi məsələyə fərqli baxış bucağından baxmağa vadar etməlidir. Heç şübhəsiz, onun Azərbaycan ictimaiyyəti tərəfindən ən sərt sözlərlə tə(h)nqi(r)d olunması anlaşılandır və rusiyalı siyasətçinin uzun illər səsləndirdiyi qalmaqallı, qərəzli fikirlər ona olan münasibətin aqressiv şəkil almasında az rol oynamayıb.
Jirinovski müsahibəsində Qarabağda yerləşdirilən rus hərbçilərinin həyatına təhlükə yaranacağı halda bunun Azərbaycan və prezident İlham Əliyev üçün baha başa gələcəyini iddia edir.
Birincisi, indiyə qədər Qarabağda Rusiya sülhməramlıları ilə Azərbaycan hərbçiləri arasında heç bir insident yaşanmayıb. Halbuki, Rusiya 10 noyabr sazişinin tələblərini yerinə yetirməkdən boyun qaçırır. Məsələn, Qarabağdan erməni terrorçularının təmizlənməsi, hələ də işğal altında saxlanılan bir neçə ərazidə Azərbaycanın suveren hüquqlarının təmin edilməsi, seperatçı rejimin tərksilah olunması istiqamətində Rusiya sülhməramlıları heç bir addım atmayıb və atmır. Həlqələr isə daralır, artıq 10 noyabr sazişinin imzalanmasının üstündən 9 ay vaxt keçir, 3 aydan sonra sülhməramlıların 5 illik missiyasının 1 ili geridə qalacaq. Getdikcə Azərbaycan dövlətinin sülhməramlılar qarşısındakı qanuni tələbləri də artacaq. Bəs sülhməramlılar nə iş görür? Rusiyanın himayəçiliyi altında ermənilərdən ibarət müxtəlif silahlı qruplaşmaları Qarabağa gətirilir, aqressiv və türklərə nifrət edən ermənilərin müxtəlif ərazilərdən Qarabağa köç etməsi təmin olunur, Fransa tərəfindən silah-sursatla təchiz edilməsinə tam səssiz qalır, sərhəddə baş verən təxribatlarla bağlı heç bir aktivlik nümayiş etdirmir, ermənilər üçün məktəblər, yeni yaşayış məntəqələri tikilir, onların "milli" bayramları təm-təraqla qeyd olunur və s.
İkincisi, Rusiyanın əsas istəklərindən biri "sülhməramlı" ifadəsinin qarşısından "müvəqqəti" ifadəsinin götürülməsidir. Bu isə, Azərbaycanın qalib dövlət kimi milli maraqlarına cavab vermir və Rusiya sülhməramlıları 5 illik missiyası başa çatan kimi Qarabağı dərhal tərk etməlidir. Ancaq görünən budur ki, Rusiyanın belə bir niyyəti yoxdur. Vaxtilə Rusiyanın Gürcüstana hücumunun əsas səbəblərindən biri kimi Rusiya hərbçilərini gözləyən "təhlükə"in olması göstərilirdi. Hazırda Jirinovskinin belə bir "təhlükə" barədə danışması ciddi amildir. Ancaq rəsmi Kreml başa düşür ki, Azərbaycan Gürcüstan deyil və Qarabağla bağlı heç bir halda, hətta Rusiyanın təhdidləri qarşısında belə, güzəştə gedilməyəcək. Əgər ermənilər Qarabağda Azərbaycan poasportları ilə yaşamaq istəyirlərsə, yaşasınlar, yox əgər, Rusiya "Krım təcrübəs"inin ilkin və baza detallarını Qarabağda tətbiq etməyi düşünrsə, yenə də yanılır. Elə rəsmi Moskvanın Jirinovskinin dili ilə danışması o deməkdir ki, Rusiya bütün bu mənfur planların reallaşmasına imkan verilməyəcəyini dərk edir. 
Jirinovskinin ənənəvi və "hücumçu" mövqeyində həmişə mütləq şəkildə bir geriləmə də müşahidə olunur. Məsələn, Azərbaycan xalqının haqlı müqavimətindən sonra o, Prezident İlham Əliyev haqqında müsbət fikirdə olduğunu açıqlamağa məcbur oldu. Ancaq əsas olan onun mesajlarının alınması idi. 
Ancaq Jirinovskiyə xatırlatmalı bəzi məqamlar var: Putin 2000-ci ildən Rusiyanın prezidentidir, düz 21 ildir. Məhz onun dövründə Rusiya qonşu dövlətlərə qarşı daha geniş şəkildə təcavüzkar siyasət həyata keçirdi, müxtəlif qondarma dövlətlər yaratdı və Rusiya bu qondarma ərazilərin müstəqilliyini rəsmən tanıdı. Rusiya 2014-cü ildə ilhaq adı altında Krımı da işğal etdi. Gürcüstanın suverenliyinə təcavüz etdi, 2010-cu ildə Polşanın sabiq prezidentinin Lex Kaçinskinin ölümün iplərinin bir ucu da "şimal ayısı"na gedib çıxır. Ermənistanı da Qafqazda "təhdid" və "şantaj" vasitəsi kimi ayaq üstə saxlayan məhz Rusiyadır.
İlham Əliyev isə Putindən yaşca 11 yaş kiçikdir və 18 ildir xalqın iradəsi ilə Prezident postundadır. Boris Nemtsovun qətli Putinin hakimiyyətinin ömrünü qayçılaya bilərdi, şəksiz, 2015-ci ildə Rusiya müxalifətinin liderinin qətli kimin həqiqi diktator olduğuna tam və isbatsız işarədir. İlham Əliyev işğal altında olan torpaqları azad edib, regionda yeni bir qondarma dövlətin yaranmasının qarşısını alıb, regionun və dünyanın daha böyük inkişaf yolu keçməsi üçün hərbi-siyasi və iqtisadi faktorlar müəyyənləşdirib. Fərq bundadır. Azərbaycanı həmişə zəif görmək niyyəti gec-tez Rusiya üçün də iflasla nəticələnməli idi.
Samir Feyruzov 

Siyasi       Tarix: 03 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

Slovakiya prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb - FOTO

İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb. xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin sədri Samir Rzaye

Trampa İrandan şok: Razılaşmaya imza atdıqdan bir saat sonra

ABŞ Prezidenti Donald Tramp İranın danışıqlardakı qeyri-sabit davranışını sərt tənqid edib. Prezident bildirib ki, Tehran rəhbərliyi ötən gün Vaşinqtonun tələblərini tam şəkildə ehtiva edən və nüvə proqramından imtinanı nəzərd

Ərdoğan Qətərə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş Qətər əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar başsağlığı vermək üçün Dohaya səfər edib. -ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, Ərdoğan mərhum dövlə

Yaxın Şərqin "xuliqanı" zərərsizləşdirilir: Trampdan sərt bəyanat

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt mövqeyini ifadə edərək, Tehranın Yaxın Şərqdəki təsirini və hərbi gücünü ciddi şəkildə itirdiyini bəyan edib. xəbər verir ki o, İranın hərbi potensialının dörd ay əvvəlki ilə müqayisəd

İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zolqədr İsraili aprel ayında dayandırılan müharibəyə yenidən cəlb etməklə hədələyib. ISNA-nın xəbərinə görə, Məhəmməd Baqer Zolqədr deyib ki, İran Amerikanı

İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır

Son 5-6 il ərzində xalqımız qürur hissi ilə yaşayır, haqlı olaraq. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşündə bildirib. Dövlətimizin başçıs

Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib. xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxr

Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin adından iyulun 14-də Xankəndidə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin şərəfinə rəsmi nahar verilib. xəbər verir ki, tədbirdə Azərbaycan və Slovakiya musiqilərindən ibarə

NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur

Əməkdar jurnalist Faiq Hüsiyev. NATO sammitinə sözardı. Qardaş Türkiyədə 7-8 iyul tarixlərində baş tutmuş, sayca 36-cı NATO sammitinin sonu ABŞ-ın İrana raket zərbəsi endirməsi və futbol üzrə Dünya Çempionatının 1/4 mərhələsini


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son məlumatlar cəbhədən ən son xəbərlər sonxeber az son xabar