Vladimir Putin Polad Bülbüloğlunu təbrik etdi
Vladimir Putin Polad Bülbüloğlunu təbrik etdi
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri, bəstəkar, müğənni Polad Bülbüloğlunu 75 illik yübileyi münasibəti ilə təbrik edib.
TASS-ın xəbərinə görə, bu barədə Kremlin saytında təbrik teleqramı yayımlanıb.
"75 illik yubileyiniz münasibəti ilə ən səmimi təbriklərimi qəbul edin. İllərdir ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin və səmərəli əməkdaşlığın inkişafına çox böyük töhfələr vermisiniz. Əlbəttə ki, Rusiyada sizin bir bəstəkar, musiqiçi və sənətkar kimi parlaq istedadınız yüksək qiymətləndirilir, ilhamverici yaradıcılığınıza dərin sevgi bəslənilir", - deyə Rusiya dövlət başçısının təbrikində qeyd olunur.
Vladimir Putin Polad Bülbüloğluna cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıb. /oxu.az

Zaxarovadan PUA hücumları ilə bağlı AÇIQLAMA
"Qızıl buts"u o qazandı
Messidən finaldakı məğlubiyyətə ilk reaksiya
Qalibaf ABŞ-nin Yaxın Şərqə hərbi texnika göndərməsini tənqid etdi
Şərurda qadın meyiti tapıldı
Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR
Zelenski generallarla "qapalı" görüşdə: İstefa şayiələri artır
Müctəba Xamenei İrandan qaçıb? - Abbas Əraqçidən maraqlı AÇIQLAMA
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşüb
ABŞ İranın sənaye müəssisəsinə zərbə endirib
Zərdabda otbağlayan aqreqatın təkərinin altında qalan azyaşlı ölüb
Türkiyədə dollar durmadan bahalaşır – Azərbaycanı nə gözləyir?
Səudiyyə Ərəbistanının ev sahibliyi edəcəyi DÇ-2034 təxirə salına bilər
Bu günün valyuta məzənnələri açıqlandı
Yamal dünya futbolu tarixinə düşdü