Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilərPrezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bəyan etməsi növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxılacağı anlamına gəlir"
Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov azxeber.com-a açıqlamasında deyib. 
Deputat qeyd edib ki, bu, növbəti ildə altıncı sosial paketin reallaşacağı anlamına gəlir:
"Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyasının qurultayında minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bəyan etdi. Prezident bununla bağlı göstərişlərin verildiyini də bildirdi. Nəzərə alaq ki, bu addımlar növbəti sosial paketin icrası anlamına gəlir. Prezidentin qeyd etdiyi kimi, məqsəd vətəndaşların sosial təminatını daha da gücləndirməkdir. Bu istiqamətdə büdcə ayırmalarının artırılması prioritet olaraq qalır.
Bu, növbəti ildə altıncı sosial paketin reallaşacağı anlamına gəlir. 2027-ci ilin dövlət büdcəsində də bu artımların nəzərdə tutulub. Növbəti ilin büdcə xərclərinin 44 faizi sosial istiqamətə yönəldiləcək. Bu isə 18,5 milyard manat vəsaitin həmin sahəyə ayrılması deməkdir. Beləliklə, sosial proqramlara daha çox vəsait ayrılması deməkdir".
Parlamentari qeyd edib ki, minimum əməkhaqqındakı artımlar artıq mütəmadi xarakter alır:
"Minimum əməkhaqqındakı artımların da artıq mütəmadi xarakter aldığını nəzərə almalıyıq. Çünki Prezident tərəfindən imzalanan qanunvericilik dəyişikliklərinə əsasən, Azərbaycanda minimum əməkhaqqının artırılması mütəmadi şəkildə həyata keçirilir. Bu, eyni zamanda, növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxılacağı anlamına gəlir. Pensiyaların indeksləşdirilməsi də 2027-ci ilin yanvarından etibarən reallaşacaq. Bu, 1 milyon 100 min vətəndaşı əhatə edəcək. Əmək pensiyalarının indeksləşdirilməsi bütün növ pensiyalar üzrə yeni artımlar deməkdir və əmək pensiyası alan vətəndaşlarımızı əhatə edəcək".
"Sosial müavinətlərin də artırılması nəzərdə tutulur. Beləliklə, növbəti il yalnız əməkhaqqı və pensiyalar deyil, müavinətlər də artırılacaq. Bu, daha geniş miqyaslı sosial təminat tədbirlərinin həyata keçiriləcəyindən xəbər verir",-deyə deputat bildirib.
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 02 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir

Bir neçə gün öncə mədən sənayesi üzrə Dövlət Proqramı qəbul olunmuşdur. Burada bir çox tədbirlər nəzərdə tutulur. Bu, bizim inkişafımızın əsas istiqamətləridir. Bu barədə Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiy

Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Hər kəsin planı var: övladının təhsili, ailəliklə uzun illər gözlənilən səyahət, evdə çoxdan başlatmalı olduğun təmir və ya yeni ilə yeni başlanğıc. Bəzən isə o planı gerçəkləşdirməyə cəmi bir addım qalır. Sənin qızılın d

Bakı-Naxçıvan reysləri təxirə salındı

Azərbaycan Hava Yollarının (AZAL) sentyabrın 28-də planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. xəbər verir ki, hava şəraiti sabitləşdikdən sonra uçuşları

"Kontakt"da "iPhone 18 Pro" seriyasına axın: 4-cü il ardıcıl satış rekordu – FOTO

Çoxdan gözlənilən "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modellərinin Azərbaycanda rəsmi satışına start verilib. Yeni telefonların ilk sahibi olmaq istəyənlər sentyabrın 24-dən 25-nə keçən gecə "Kontakt"ı

Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda yerli banklarda debet kartlarının satışına məhdudiyyət qoyulması ilə bağlı məlumatlar gündəmə gəlib. Azərbaycan Banklar Assosiasiyası (ABA) yayılan məlumatlarla bağlı açıqlama verərək tətbi

Təmizlik biznes prosesi kimi: Azərbaycanın avtoyuma və klininq şirkətləri üçün nə vacibdir

Avtoyuma və klininq şirkətlərinin ümumi düşməni var – qeyri-sabit nəticə. Əgər vasitə hər dəfə gözəyarı dozalanmalıdırsa, ləkə təkrar təmizləmə tələb edirsə və şüşə quruduqdan sonra üzərində zolaqlar qalırsa, biznes vax

Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim

Ölkənin ilk rəqəmsal bankı Birbank təhsil işçiləri üçün xüsusi kampaniyaya start verib. 31 oktyabr 2026-cı il tarixinədək davam edəcək kampaniya çərçivəsində təhsil işçiləri nağd pul kreditini 7%-dək endirimlə əldə edə bilərlər

Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar

Azərbaycan Təhlükəsizlik Şurasında çalışanlara hər il növbəti məzuniyyətə çıxarkən əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı veriləcək. ölkə.az-a istinadla xəbər verir ki, bu, Milli Məclisin müdafiə, təhlükəszili

"Pəncəli Ürəklər" aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək

Qırmızı Ürəklər Fondu 4 oktyabr – Ümumdünya Heyvanları Müdafiə Günü  ərəfəsində "Pəncəli Ürəklər" sosial aksiyasına başlayır. 21 oktyabr tarixinədək davam edəcək aksiya çərçivəsində hər kəs sahibsiz heyvanlara dəstə


azerbaycan xeberleri son xeberler yeni xeberler en yeni xeberler zelzele kriminal valyuta mezenesi