Vüqar İskəndərov: 'Bu barbarlığı törədənlər cəzasız qalmayacaq

Vüqar İskəndərov: 'Bu barbarlığı törədənlər cəzasız qalmayacaqXəbər verdiyimiz kimi, Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçiləri - Aqşin Bəbirov və Hüseyn Axundova qarşı cinayət işi açılıb, həbs ediliblər.
Onlar "Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda ittiham olunurlar"
Milli Məclisin deputatı Vüqar İskəndərov azxeber.com-a açıqlamasında bildirib ki, Ermənistan qədər beynəlxalq hüququ və onun prinsiplərini pozan ikinci ölkə tapmaq çətindir:
"Erməni dövləti yaradılanda, coğrafiyaya yerləşdiriləndə məqsədi barbar, vəhşilik, dövlətlərin sərhədinin toxunulmazlığını pozmaq, suverenliyə xələl yetirmək funksiyası üçün yaradılıb. Yaradılışından öncə də, sonra da həmin missiyanı həyata keçirir. Hər ölkə ilə onun torpaq iddiası mövcuddur. Bacısı və ya qardaşı İrandan başqa hər ölkə üçün torpaq iddiaları var. Gürcüstan, Azərbaycan, Türkiyə, dənizdən-dənizə böyük Ermənistan iddiası çox təəssüf ki, zaman keçdikcə, erməni nəsli yeniləndikdə onların düşüncəsini dəyişə bilmir. Nə erməni kilsəsi, nə yalançı, uydurulmuş tarixi, nə də dövlət sistemi bu toplumu normal sivil məcrada inkişafa gətirib çıxarmağa qoymur. Ermənistan dövlət kimi bir çox konvensiyalara qoşulsa da, bəlkə dünyada Ermənistan qədər bu dövlətə oxşayan, amma dövləti olmayan bu sistem, rejim qədər həmin beynəlxalq konvensiyaları, beynəlxalq hüququ və onun prinsiplərini pozan ikinci ölkə tapmaq çətindir".
Deputat qeyd edib ki, bu barbarlığı törədənlər cəzasız qalmayacaq:
"Təbii ki, əsirlərin, girovların dəyişdirilməsi, saxlanılması ilə bağlı konvensiyalar mövcuddur və onlar əksər dövlətlər tərəfindən həmin qanunlara riayət olunur. Dəfələrlə Azərbaycan ərazisində həm əsir düşən, həm də terrorçuluq törədən, Vətən müharibəsi bitdikdən sonra ərazimizə soxularaq digər qanunsuz əməllər törədən və tutulan ermənilərlə bağlı Azərbaycan bütün beynəlxalq hüququn tələblərinə ciddi əməl edib. Bu, bizim insani tərəfimizdən irəli gəlir. Azərbaycan insanı tolerantdır, sülhə meyllidir. Bunu biz ermənilərdə görmürük. Onların əsirlərlə davranışı, onların qoca və uşaqla, hərbiçi ilə, mülki insanla, vətəndaşla vəhşi kimi davranışları insanlığa sığmayan bu qəbilə xisləti bu gün dövlət siyasəti kimi həyata keçirilir. Təəssüflər olsun ki, son zamanlar əsir düşən iki hərbçimizə qarşı törədilən bu vəhşi, bu barbarlıq bird aha ermənilər iç üzünü açdı. Bir daha ermənilər beynəlxalq hüquqa necə saymazyana yanaşmalarını göstərdilər. Yolunu azaraq, dumana düşərək şərti sərhədi keçən əsgərlərə bu vəhşiliyin törədilməsi və onlarla bu davranış, hətta onların həbs olunması dediklərimizin bariz nümunəsidir. Ermənistan onlarla davranışlarına, beynəlxalq hüquqa uyğun addım atmalıdır. Hərbçilərimizin geri qayıtması üçün danışıqlara başlanılmalıdır. Onların saxlanma şəraiti və fundamental hüquqları qorunmalıdır. Unutmamalıdırlar ki, bu hadisələrə görə Azərbaycan tərəfi cinayət işi qaldırıb. Bu barbar hərəkətləri törədənlər cəzasız qalmayacaq".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 17 aprel 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


azerbaycan xeberleri son xeberler yeni xeberler gunun xeberleri kriminal siyaseti xeberler bugun krminal bu gun