"Wood Mackenzie": Azəri-Çıraq-Günəşli yatağı payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft yataqları blokunun işlənməsi layihəsində iştirak vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır.
Milli.Az bildirir ki, bunu Trend-ə "Wood Mackenzie" beynəlxalq konsaltinq şirkətinin Xəzər regionu və Avropa üzrə baş analitiki Eşli Şerman AÇG-də "ExxonMobil" şirkətinin payının satılması məsələsini şərh edərkən deyib.
O bildirib ki, indi bazarda ucuz neft qiymətləri ilə əlaqədar aktivlərin satışına yönəlmiş şirkətlər üçün çətin dövrdür:
"İndi alıcılar elə də çox deyil, çünki əsas sektor pul vəsaitlərinin qorunmasına diqqət ayırıb".
E.Şerman bildirib ki, bununla belə, AÇG və Bakı-Tbilisi-Ceyhan, payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır. Çünki bu aktivlər stabil vergi şəraitində uzunmüddətli və ucuz neft hasilatını təklif edir:
"MOL və "Chevron" arasındakı saziş göstərir ki, AÇG-də pay inkişaf ambisiyalarının reallaşdırılması üçün böyük əhəmiyyət kəsb edə bilər".
"ExxonMobil" şirkətindən Trend-ə bildiriblər ki, üçüncü tərəflər aktivlərin satın alınmasına maraq göstərdikdən sonra şirkət Azərbaycandakı aktivlərinə marağı nəzərdən keçirir.
Qeyd edək ki, bir sıra mənbələrin məlumatına əsasən Çinin "CNOOC", Hindistanın "ONGC" və İndoneziyanın "Pertamina" şirkətləri bu aktivlərin satın alınmasına maraq göstərib.
Bundan əvvəl isə Macarıstanın MOL Group şirkəti "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda "Chevron"un payını satın alıb.
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar