"Xaçatryan kifayət qədər yaxşı psixoloji vəziyyətdədir" - Xəstəxanadan açıqlama
Azərbaycanın təhvil verdiyi 70 yaşlı Vaqif Xaçatryan reanimasiya şöbəsindədir.
KONKRET.az "Unikal"-a istinadən xəbər verir ki, onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Nork-Maraş Tibb Mərkəzinin reanimasiya xidmətinin rəhbəri Eduard Petrosyan bildirib ki, xəstə lazımi müalicəni alır və hərtərəfli müayinədən keçir, nəticələri sonrakı müalicəni müəyyən edəcək.
"Biz ona lazımsız suallar verməməyə və həssas mövzulara toxunmamağa çalışırıq. Eyni zamanda, təəccüblüdür ki, Xaçatryan kifayət qədər yaxşı psixoloji vəziyyətdədir və tibb işçiləri ilə fəal şəkildə ünsiyyət qurur", – deyə Petrosyan qeyd edib.
Xatırladaq ki, 14 yanvar tarixində Azərbaycan Ermənistana dörd əsiri – David Davtyan, Gevork Sujyan, Vigen Euljekçyan və Vaqif Xaçatryanı təhvil verib.

Zaxarovadan PUA hücumları ilə bağlı AÇIQLAMA
"Qızıl buts"u o qazandı
Messidən finaldakı məğlubiyyətə ilk reaksiya
Qalibaf ABŞ-nin Yaxın Şərqə hərbi texnika göndərməsini tənqid etdi
Şərurda qadın meyiti tapıldı
İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU
Bakı və Astara sakinlərinin nəzərinə
Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR
Zelenski generallarla "qapalı" görüşdə: İstefa şayiələri artır
Müctəba Xamenei İrandan qaçıb? - Abbas Əraqçidən maraqlı AÇIQLAMA
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşüb
Şəhid anası vəfat etdi
ABŞ İranın sənaye müəssisəsinə zərbə endirib
Türkiyədə dollar durmadan bahalaşır – Azərbaycanı nə gözləyir?