Xaçmazda bədbəxt hadisə: Yaşlı qadın su çəninə düşərək öldü
Xaçmazda 66 yaşlı qadın su çəninə düşərək ölüb.
KONKRET.az-ın şimal bürosu xəbər verir ki, hadisə rayonun Yeni Həyat qəsəbəsində baş verib. Mərhumun yaxınları bildirib ki, 66 yaşlı qəsəbə sakini Sevinc Orucova yaşadığı evin həyətindəki 5 tonluq su çəninə düşüb.
Belə ki, qadın çənə su doldurmaq istəyib. Bu zaman ehtiyatsızlıqdan çənin içərisinə düşüb və boğularaq dünyasını dəyişib.
Sevinc Orucovanın meyiti müayinə olunmaq üçün Məhkəmə Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə aparılıb. Meyit müayinə olunduqdan sonra aidiyyatı üzrə ailəsinə təhvil verilib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Emin Kərimov,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir