Xalq artisti Röya Ayxan "Ərə gedirəm" adlı layihəsini təqdim edib - FOTOLAR

Xalq artisti Röya Ayxan Pop ulduz Abbas İsmayılovun müəllifi olduğu sözügedən mahnını ekranlaşdırmaq qərarına gəlib. 
Bunun üçün o, klipmeyker Soltan İbrahimova müraciət edib. 
Layihədə sənətçi 25 illik rəfiqələri ilə kamera qarşısına keçib. Klipdə iş xanımları Solmaz Məlikova, Pərvanə Əhmədova, aktrisa Kəmalə Piriyeva, saç ustası Günel Əliyeva və Anya Xudayeva rol alıb. 
Ekran işində Xalq artisti hər gördüyü bəyə aşiq olan, anidən fikrindən daşınan, hətta onu unudan xanım obrazını canlandırır. O, cəmi bir dəfə gördüyü əcnəbiyə aşiq olur, dostları ilə onu müzakirə edir, hətta atasına həmin şəxsin fotosunu "WhatsApp" üzərindən ataraq tanış edir. Lakin atası buna etirazını ingilis dilində "Oh my God" ifadəsi ilə bildirir. 
Çəkilişdə yer alan rəfiqələrin isə obrazları fərqli xarakterə sahibdir. Kimi Röya Ayxanın evliliyinə mane olmağa çalışır, kimi dəstək göstərir, kimi isə onun iki günlük sevgi yaşadığını obrazlı şəkildə dilə gətirir. 
5 rəfiqənin biri xəyalpərəst, "gündəlik" yazmaqla məşğul olan Günel, digəri qızlar qrupunun çoxbilmişi, falda məharəti olan Pərvanə, yaşlanmamaq üçün mübarizə aparan, daim özünə qulluq edən Solmaz, pilates, fitnesslə məşğul olan, həyatı idmandan ibarət Anya və öz dostlarından başqa heç kəsi sevməyən, aqressiv, evlilik həyatına soyuq münasibət bəsləyən roker Kəmalə Piriyevadır. 
Layihə üçün xüsusi dekor qurulub, geyimlər hazırlanıb və baş qəhrəman, eyni zamanda rəfiqələrinin staylinqini Azər Cəfər edib. 
Klipin prodüseri Kənan Bayramovdur və Xalq artisti layihənin direktorluğunu Elvin Elxana həvalə edib. 
Rəngarəng, eyni zamanda əyləncəli görüntülərə malik "Ərə gedirəm" bütün musiqi platformalarında təqdim edilib.
Fotolar: Azər Jafar

/ azxeber.com

Şou Biznes       Tarix: 02 avqust 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber saytlari bugünkü son xəbərlər son xəbərlər azərbaycanda hava durumu